“Alibaba”da xaos hökm sürür

“Alibaba”da xaos hökm sürür
Məşhur çinli milyarder Cek Manın “Alibaba” şirkətlər qrupu yenidən strukturlaşma fonunda xaos içindədir.

2023-cü ilin mart ayında “Alibaba” öz biznesini altı bölməyə ayırmaq niyyətində olduğunu açıqladı. Bununla belə, bir çox işçi “nəyin və necə bölündüyünü” bilmir.

Əməkdaşların müxtəlif departamentlərdə eyni funksiyaları yerinə yetirdiyi üzə çıxıb.
Məlumata görə, dekabrın sonunda “Alibaba”nın yeni baş direktoru Eddi Yunmin Vu şirkətin əsas biznesinə nəzarəti ələ keçirib. Hazırda şirkətdə köhnə və yeni əməkdaşlar arasında hakimiyyət mübarizəsi gedir ki, bu da daxildəki ümumi xaos hissini daha da artırır.

Mənbə: lenta.ru
Tarix: 3-01-2024, 20:57
Xəbəri paylaş





Xəbər lenti