41 min AZN vergi borcu olan şirkət Dövlət Vergi Xidmətinin bu idarəsini məhkəməyə verdi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə verilib. 32gun.azxəbər verir ki, Şəki İnzibati Məhkəməsində baş tutacaq məhkəmə prosesində iddiaçı qismində "Zirvə İnşaat" MMC olacaq. Hakim Fəxri Hacızadənin sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir. 32gun.az-ın ədə etdiyi məlumata görə, şirkətin dövlətə böyü miqdarda vergi borcu mövcuddur. Belə ki, "Zirvə İnşaat" MMC-nin hazırki vergi borcu 40504.27 AZN təşkil edir.