İcra Hakimiyyətinin tərkibindəki idarənin 1 manatıq şirkəti qalib etdiyi tender ləğv edildi - SƏBƏBİ…



Xəbər verdiyimiz kimi,  Mingəçevir Şəhər İşiqlanma İdarəsi Nizamanmə kapitalı 1 AZN olan "LEADS GROUP SUPPLY" MMC-ni "2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal - materialların satınalınması" ilə bağlı elan etdiyi tenderdə qalib edib. 
Tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilirdi.
Lakin verilən qərarla bu nəticə müqavilə bağlanmamış ləğv edilib. 
32gun.az-ın məlumatına görə, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarıdır.  Bu da  DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələrlə tənzimlənir. 
Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalı idi. 
Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur.  
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur. 
Tarix: 10-01-2024, 23:26
Xəbəri paylaş





Xəbər lenti