Pensiyası artacaq şəxslərin sayı açıqlandı


Fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək.
 
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: "Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq".
Tarix: 16-01-2024, 12:14
Xəbəri paylaş





Xəbər lenti