15 milyonluq və 9 milyonluq şirkətlər məhkəməyə verildi


"Qala Sığorta" ASC və  "AtaSığorta" ASC məhkəməyə verilib. 
32gun.az xəbər verir ki, MƏMMƏDOV ELDƏNİZ Adil oğlu sözügedən ASC-l barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Hakim Əfsanə Heydərovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsidir. 
Bildirək ki, nizamnamə kapitalı 8944447 AZN olan "QALA SIĞORTA" ASC-nin qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur. 
"ATASIĞORTA" ASC isə  nizamnamə kapitalı 15950000 AZN olan "QALA SIĞORTA" ASC-nin qanuni təmsilçisi Xətai İsmayılov İsmayıl oğludur. 
Mediada gedən məlumatlara görə, “AtaSığorta” ASC “AtaHoldinq”ə daxil olan biznes subyektlərindən biridir. Sözügedən holdinqin isə keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun ailəsinə məxsusdur. 
Tarix: 22-01-2024, 17:54
Xəbəri paylaş





Xəbər lenti