BDU-nun 2,4 milyonluq tenderini bu şirkət – UDDU

BDU-nun 2,4 milyonluq tenderini bu şirkət
Bakı Dövlət Universiteti “Bakı Dövlət Universitetinin ərazisində yeni tikiləcək Qazanxana üçün avadanlıq və qurğuların satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “A.E.S.-Trading” MMC olub.

Şirkətlə 2 498 019 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elvin Əhmədov Valeryev oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi rayonu, Biləcəri ştq, Ə.Qasımov, ev 25 ünvanında yerləşir.
Tarix: 22-01-2024, 21:07
Xəbəri paylaş





Xəbər lenti