Məşhur şirkət məhkəməlik oldu - Külli miqdarda vergi borcuna görə

Məşhur şirkət məhkəməlik oldu
"AZ-LEAD" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

32gun.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayevin icraatındadır .

Araşdırmamız zamanı məlum olub ki, məhkəməlik olan şirkətin 1 milyon 139 min 139 manat 26 qəpik vergi borcu var.

Bildirək ki, nizamnamə kapitalı 3123275 AZN olan şirkətin qanuni təmsilçisi ELXAN SADIQOV ASİF oğludur.

Məşhur şirkət məhkəməlik oldu

Tarix: 25-01-2024, 08:40
Xəbəri paylaş





Xəbər lenti