Bazarlar tarixə qovuşur, məhsulun qiymətinə necə təsir edəcək? - "Alıcılar üçün ağır zərbədir"

Bazarlar tarixə qovuşur, məhsulun qiymətinə necə təsir edəcək?
Azərbaycanda demək olar ki, çox az sayda bazar fəaliyyət göstərir. Bu bazarların əksəriyyətinin fəaliyyətini ya dayandırır, ya da yenidən qurulur. Bazarların sayının azalması onun ləğv olunmasına gətirib çıxara bilər? Eyni zamanda bazarların azlığı qiymətlərə necə təsir göstərir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, bazarların ləğvi əhali üçün ağır zərbədir:

"Bazarların sayının azalmasının müxtəlif səbəbləri var. Səbəblərdən biri insanların alıcılıq fəaliyyətinin dəyişməsi ilə əlaqədardır. Misal üçün əvvəl meyvə-tərəvəz almaq üçün bazaralara üz tuturduqsa, indi artıq məhsulu marketlərdən alırıq. Bazarların rolu azalıb. Eyni zamanda bazarlar yaşayış yerllərindən kənarda olur. Bir sözlə süpermarketlər alıcıları öz təklifləri ilə alıblar. Bu isə bazarların dövriyyəsinə təsir edir.

Bazarlar əvvəllər şəhər və rayon mərkəzlərində olurdu. O yerlərin baha olması, estetik çirklilik, saxlanma şəraiti bazarların sayını azaldıb. Eyni zamanda bazarların ərazilərini də mənimsəyiblər.

Amma bazarların tam şəkildə sıradan çıxmasını güman etmirəm. Sadəcə olaraq tələblər arta bilər. Ümumiyyətlə kolxoz bazarların sıradan çıxması nə cəmiyyətin, nə də bazarın xeyrinədir. Çünki, bu bazar iqtisadiyyatıdır, alternativ variant yaradır. İnsanlar üçün seçimdir. Bunu ləğv etmək düzgün deyil. Kənd Təsərrüfatı Nazirliyi hər zaman yarmarkalar açır, amma uğur da qazanmır. Bazarlar elə yarmarkalardır. İlin 12 ayı fəaliyyət göstərir. Ona görə də bazarların sıradan çıxması məqsədəuyğun deyil. Əgər belə bir hal yaşansa rəqabətin bir kanalı ləğv edilmiş olacaq. Bu isə alıcılar üçün ağır zərbədir".

Tarix: 25-06-2024, 18:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}