İndiki vəziyyətdə qiymət artımının olacağına inanmıram-Vahid Əhmədov

Azərbaycanda “Aİ-92” və dizel BAHALAŞACAQ?
Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı qeyd olunur.
Bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, qiymət artımı təxminən 20 qəpik olacaq.
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az –a açıqlama verib.
O, indiki vəziyyətdə qiymət artımının olacağına inanmadığını deyib:
“Aİ-92 markalı benzin Azərbaycanda kifayət qədər çox işlədilir. Ölkədə yenidənqurma işləri aparılır. Və Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunacaq. Biz onu xaricdən idxal edirik. Ola bilsin ki, Azərbaycanda istehsal olunanda qiyməti müəyyən qədər aşağı düşsün. Qiymətlərin bahalaşacağı ilə bağlı heç nə eşitməmişəm. İnanmıram ki, yeni ilə qədər qiymət artımı olsun”.
Tarix: 25-06-2024, 18:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}