Yanacağın bahalaşması üçün əsas var? - YOXDUR, AMMA...

Yanacağın bahalaşması üçün əsas var?
Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, qiymət artımı çox olmayacaq. Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, - teleqram kanalın həmsöhbətləri bildirib.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda "Aİ-92" markalı benzinin və dizelin qiymətinin qalxması üçün heç bir əsas yoxdur.

Dünya bazarında neftin qiymətində kəskin artım yoxdur, əksinə, ilin əvvəlinə nisbətən 10% azalma var. Azərbaycan neft, benzin istehsalçısıdır. Ona görə də, ümumiyyətlə, qiymət artımı ilə bağlı yayılan xəbərləri anlamaq olmur".

İqtisadçı qeyd edib ki, payıza qədər bu addımın atılacağını düşünmür:

“Amma bu, o demək deyil ki, artım olmayacaq".
Tarix: 26-06-2024, 14:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}