Xalqımızı təhqir edən Pınar Etci danışdı: “Çox əsəbləşdim və sinirlə o sözləri yazdım”



 

Jurnalist Nigar İbrahimova: “Məni ölümlə təhdid edir, Azərbaycanı isə durmadan təhqir edir”

Ötən gün Musavat.com-un dərc etdiyi məsələ, Pınar Etci adlı izmirli jurnalistin yaratdığı qalmaqal böyüyür.

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində yaşayan, özünü jurnalist kimi təqdim edən Pınar Etci sosial şəbəkələrdə azərbaycanlıları hədəfə alan statuslarından sonra biz də bu mövzunu gündəmə gətirdik. Türkiyənin Alanya şəhərində yaşayan jurnalist həmyerlimiz Nigar İbrahimova saytımıza bu barədə açıqlama verdi və bildirdi ki, məlum statuslara etirazı səbəbindən o da Pınar Etcinin hədəfindədir və sosial şəbəkə üzərindən təzyiqlərə məruz qalır.

Bu gün yenidən hər iki tərəfin mövqeyini işıqlandırmağa çalışdıq. Daha doğrusu Pınar Etcinin özü ilə əlaqə saxlayıb, onun “azərilərə”, yəni Azərbaycan xalqına nəzərən işlətdiyi təhqiramiz ifadələrin ona məxsus olub-olmadığını və bu əməllərinin səbəbini soruşduq.

Pınar Etci özünü belə ifadə etdi: “Mən İzmirdə yaşayan jurnalistəm. Şəxsim haqqındakı iddialarını oxudum, çox üzüldüm. Mən illərdir Azərbaycanla çalışan insanam, Yeni Azərbaycan Partiyası ilə seçkilər dövründə 4 ay müddətində çalışdım, xəbərlərini yayımladım. Hikmət bəy (Hikmət Şikarov) bu mövzuda hər şeyi bilir. Bu yazıya çox üzüldüm, Azərbaycanı sevirəm, bu xalqla heç bir problemin yoxdur. Nigar xanımı isə tanımıram, onunla ötən il sentyabr ayında “İnstagram”da tanış olduq. Onunla sadəcə sosial şəbəkədən danışmışıq. Ötən günlərdə məni anlamadığım bir səbəbdən məhkəməyə verib və mənə iftira atıb. Mən ona çox əsəbiləşdim və bu sinirlə o sözləri yazdım... Mənim onu təhdid etməyimlə bağlı şikayət edib, ancaq məndən ona gedən bir təhdid yoxdur. Biz də məhkəməyə müraciət edəcəyik”...
 
WhatsApp Image 2021-06-24 at 15.26.39.jpeg (135 KB)
                                                 Nigar İbrahimova
Pınar Etci bildirir ki, daha sonra telefon üzərindən təhqir olunub: “Bu səbəbdən əsəbiləşib şəxsi bir məsələni “azərilər” deyə yazdım, burada cəm halda yazmağım yanlış anlaşıldı. Ancaq Azərbaycanla, azərbaycanlılarla hər hansı problemimin olması mümkün deyil. Mənim mediama baxsanız orada provakator bir kimlik görə bilmərsiniz. Sadəcə bu məsələdən dolayı sinirlə belə yazdım. Bu, yanlış idi. Azərbaycanı sevirəm, səhv anlaşılma üçün qüsuruma baxmasınlar. Bu, tamamən şəxsi məsələdir, mən də Nigar xanımı məhkəməyə verdim”.
cüCQÜCEF.jpeg (42 KB)
Bu məqamda obyektivlik naminə bildirməliyik ki, Pınar xanımın yazdığı tvitlərdə, statuslarda məsələ tamamilə başqa cür görünür (bax, mətndən sonrakı vizual elementlərə). Oradakı mətnlər birmənalı şəkildə azərbaycanlılara nifrət və dözümsüzlük aşılayır, irqçi çağırışlar yer alır. Dünyada heç bir qəzetçi hər hansı bir fərdə görə bütün milləti, topluluğu suçlamaz, ona münasibətdə nifrət hissi ifadə etməz. Pınar Etci xanım məhz düzünə qəsdlə, heç bir ayaq yeri qoymadan xalqımızı hədəfə götürür və göründüyü kimi, üzr istəmək yerinə, “yanlış anlaşıb” ifadəsindən istifadə edir. Üstəlik, Nigar İbrahimovanı da “hər hansı azəri” deyə, aşağılayır, Türkiyə vətəndaşı olması faktının (13 ildir!) üstündən keçərək, yalan məlumat yayır və “qaçaq çalışan azəri” ifadəsindən istifadə edir...

Pınar Etci Musavat.com-un müxbirinə onu da bildirdi ki, İzmirdə suriyalılar inanılmaz dərəcədə çoxdur və bu məsələdən dolayı xalq çox böyük sıxıntı içindədir: “Biz məhəlləmizdə suriyalılardan çox əziyyət çəkirik, üstəgəl bir “azəri” qadınla yaşadığım problem də bunun üzərinə gəlincə, belə bir status ortaya çıxdı. Yanlış anlaşılan bir ifadə oldu , bu mövzuda siz haqlısınız”.
21aca3da-332e-4bd4-a7f5-cf7f524728d8.jpg (100 KB)
           Nigar İbrahimovanın jurnalist fəaliyyətini əks etdirən elanlardan biri
Bu barədə Musavat.com-a təkrar danışan jurnalist Nigar İbrahimova isə bildirdi ki, bu qadını heç tanımır, amma o qadın zaman-zaman insanları bu şəkildə hədəfə alır. Nigar İbrahimovanın iddiasına görə, Pınar Etci 2012-ci ildə Alanya dövlət xəstəxanasında psixiatrik müalicə alıb: “Zaman-zaman kimlərəsə sataşır, bir neçə ay öncə həkim bir qadına da eyni şeyləri etmişdi. İndi də məni hədəfə alıb, aylarla sosial media üzərindən üstümə gəldi və daha sonra onu hüquq-mühafizə orqanlarına şikayət edəndə məsələ tamam nəzarətdən çıxdı. “Sən azəri kimsən ki, gəlib mənim ölkəmdə mənə “kafa tutursan?”-dedi.
Mən isə Türkiyə vətəndaşıyam, jurnalistəm, Azərbaycan kökənli olmağım isə suç deyil, qəbahət deyil. Jurnalist olaraq Alanyada önəmli şəxslərdən müsahibə alıram, Alanyanın birinci şəxsləri daim mənə açıqlamalar verirlər. Qadın bunu həzm edə bilmir. Deyir sən kimsən ki, mənim məmləkətimdə bu qədər uğur qazanırsan? Onlarla “feyk” hesab açır, insanlara təzyiq edir. Öz səhifəsində yazılan bütün şərhləri də özü “feyk” hesablardan yazır. Yönətmənim Bircan Subaşını da təhdid edir.

Onun haqqında 3 dəfə şikayət etmişəm. Artıq məsələ məhkəməyə keçmə ərəfəsindədir. Məni ölümlə təhdid edir, Azərbaycanı isə durmadan təhqir edir. Bütün təhqir mətnlərini isə “Azəri” həştəqi ilə paylaşır, bizim xalqın təmsilçilərini “ucuz işçi” adlandırır, yeməyə , yatmağa gəldiyimizi söyləyir, azərbaycanlıları küçümsəyir. YAP-dan olan Hikmət Şikarov adlı şəxslə əlaqəsi var, o da Şamaxı rayon icra başçısının köməkçisidir. Azərbaycan məmurlarına mesajlar atır... onun dərdi budur ki, Azərbaycan qadını Alanyada niyə bu qədər uğur qazanır? Mənim fikrimcə, Pınar Etcinin xalqımıza qarşı təhqir kampaniyasını ictimailəşdirmək lazımdır. O necə mənim millətimi aşağılaya bilər, bizi suriyalılarla bir tuta, təhqir edə bilər? Problemi mənəmsə, mənim uğurlarımdırsa, o cür də davasını aparsın. Lakin məsələ xalqımız olunca, Azərbaycan türkləri təhqirə mərz qalınca, mən susa bilmərəm. Hər kəsdən də xahişim, bu rəzalətə və təhqir kampaniyasına reaksiya versinlər.


Nərgiz LİFTİYEVA
Musavat.com



























Tarix: 24-06-2021, 18:19
Xəbəri paylaş





Xəbər lenti