Azərbaycan və bir neçə ölkənin pensiya yaş həddi – SİYAHI
Vaxtaşırı Milli Məclisdə və digər peşəkar müstəvilərdə pensiya yaşı müzakirə olunur. Bir çox ekspertlər pensiya yaşının azaldılmasını təklif edirlər.
Bu mövzuda aparılan müzakirələrdə beynəlxalq təcrübəyə istinad edilir.
Rusiyada, Türkiyədə, Avropa ölkələrində bu məsələyə hansı prinsiplərdən yanaşılır?
Mövzunu
Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim
Fikrət Yusifov deyib ki, hər bir ölkədə kişilərin və qadınların pensiya yaşı müəyyən meyarlara söykənilərək təyin edilir.
Onun sözlərinə görə, bu meyarlar sırasında əsas yeri ölkədə kişi və qadınların orta yaş həddi hesab olunur:
“Məhz bu göstərici əsasında təqaüdə çıxdıqdan sonra insanların orta ömürsürmə müddəti müəyyənləşdirilir və buna uyğun olaraq onların təqaüdə çıxmaq yaş həddi təyin olunur”.
Əski Sovetlər İttifaqı ölkələrində kişilərin və qadınların pensiya yaş həddi:
Ölkələr Kişilər QadınlarAzərbaycan 65 65
Ermənistan 63 63
Belarusiya 61 56
Qazaxstan 63 59
Qırğızstan 63 58
Moldoviya 63 58
Rusiya 60 55
Tacikstan 63 58
Türkmənstan 62 57
Özbəkstan 60 55
Ukrayna 60 58
Gürcüstan 65 60
“Təqdim etdiyimiz cədvəllərdə vaxtilə bir məkanda olduğumuz və inkişaf etmiş ölkələrdə kişi və qadınların pensiya yaşları verilir”, – F.Yusifov deyib.
İnkişaf etmiş bəzi ölkələrdə kişilərin və qadınların pensiya yaşı:
Ölkələr Kişilər Qadınlar
Danimarka 65 65
Norveç 62 62
Almaniya 65 il 7 ay 65 il 7 ay
İtaliya 67 67
ABŞ 66 66
Yunanıstan 67 67
Türkiyə 60 58
Fransa 62 62
Sabiq nazir inkişaf etmiş ölkələrdə pensiya yaşını müqayisə edib:
“Bu məlumatlardan görünür ki, pensiya üçün yuxarı yaş həddi bir qayda olaraq inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Lakin burada da istisnalar az deyil”.
Tarix: 13-07-2024, 23:30