Hava limanında rəzalət-Ərəb turistə….
XALQ.AZ xəbər verir ki, ötən gün Heydər Əliyev Hava Limanında bir ərəb turistə 30 manata qutab satılıb.
Məlumata görə, ərəb sərnişin Dövlət Sərhəd Xidmətini keçdikdən sonra, Duty free ərazisində yerləşən restoranların birindən qutab və ayran sifariş verib. Hesabı ödəyən zaman həmin sərnişindən 30 AZN qutaba , 20 AZN isə ayrana görə pul alınıb. Belə olduqda sərnişin Hava Limanı əməkdaşlarına müraciət etməli olub.
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Hava Yolları şirkəti bu tip hadisələrin baş verməməsi üçün müştəriləri aldadan restoran menecerini ərazidən uzaqlaşdırıb. Hadisənin isə 2-ci terminalda baş verdiyi bildirilir.
Tarix: 5-08-2024, 10:03