“Əgər Xankəndində vəziyyət qarışacaqsa, bizim hazır ssenarimiz olmalıdır” - politoloq



Rusiya prezidenti Vladimir Putin IX Moskva beynəlxalq təhlükəsizlik konfransının iştirakçılarına videomüraciətində Dağlıq Qarabağ ətrafındakı münaqişənin nizamlanmasında ölkəsinin “qətiyyətli rolundan” danışıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin münaqişənin nizamlanmasında ölkəsinin rolunun “həlledici olduğunu” deyib. “Rusiyanın qətiyyətli töhfəsi nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılması”, - o bildirib. Putin əlavə edib ki, Rusiya sülhməramlıları regionda sülhü və təhlükəsizliyi etibarlı şəkildə təmin edir, humanitar situasiyanın yaxşılaşması üçün çox iş görür, ərazilərin minalardan təmizlənməsini, sosial infrastrukturun bərpasını həyata keçirir.
Rusiya Qarabağdakı sülhməramlı missiyasından məmnun görünür. Amma son günlər Xankəndi şəhərində baş verənlərə hələlik münasibət bildirməyi də lazım bilmir. Qarabağ separatçılarının lideri Araik Arutyunyan 20 iyunda Nikol Paşinyanın rəhbərlik etdiyi seçki blokunun ofisində görünəndən sonra ona qarşı aqressiya artıb. Əslində burada Qarabağ klanı, onun liderlərinin münasibətindən söhbət gedə bilər. Qarabağ ermənilərinin bir hissəsi Arutyunyanın “istefasını” tələb edirlər. Ancaq Arutyunyan öz növbəsində “postunu” təhvil vermək niyyətində olmadığını deyərək tərəfdarlarını küçəyə çıxarır. Faktiki olaraq bir ovuc erməni Rusiya sülhməramlılarının kölgəsində oyunbazlıqla məşğul olurlar. Ancaq ortaya suallar çıxır: Xankəndi ətrafında baş verənlərin izahı nədir? Bundan narahat olmağa dəyərmi? Bu, sadəcə, seçkidən sonra yaşanan müvəqqəti kütləvi emosiyadır, yoxsa arxasında məkrli planlar var? Bu qarşıdurmanın arxasında Rusiyanın dayandığı da iddia edilir. Rusiya istəsəydi, əvvəldən Ermənistanı qarışdırardı. Mümkündür ki, “DQR”in tör-töküntüləri Rusiyanın bəzi dairələri ilə birləşib, müqavimət göstərir. Amma bu durum Paşinyana sərf etmir. O, indiki durumdan qurtulub, növbəti mərhələyə adlamaqda maraqlıdır. Məntiqlə yanaşsaq, Paşinyan ölkəsini və özünü indiki acınacaqlı durumdan xilas etməkdə maraqlıdır. Çünki bu gedişlə xalq onun başını yeyəcək. Ermənistan bu böhrandan qurtula bilməsə, Paşinyan durumu dəyişə bilməsə, Köçəryan qruplaşmasının populyarlığı arta, ictimai rəy Paşinyanın əleyhinə dönə bilər. Ona görə də “Xankəndi böhranı” tezliklə həllini tapmalıdır. İndi Paşinyan Zəngəzur dəhlizinin açılmasını hamıdan çox istəyir. Çünki bu dəhliz Ermənistan üçün hər mənada nicat yoludur. Paşinyan üçün isə həyat sığortasıdır. Ermənistanın və onun siyasi rəhbərliyinin həyatı, gələcəyi Azərbaycandan asılıdır. Ağılları olsa, dəyərləndirəcəklər. Dəyərləndirməsələr, batacaqlar. Rusiya, Türkiyə, Qərb çəkiləcək kənara, Ermənistanı Azərbaycanın qarşında tək qoyacaqlar. Bunun Ermənistan üçün nə demək olduğunu xüsusi izah etməyə gərək varmı?
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  Modern.Az Azərbaycan və dünya xəbərləri
Qafar Çaxmaqlı: “Qarabağda gərginlik artarsa, Zəngəzur dəhlizi məsələsi arxa plana düşə bilər”
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirdi ki,  Rusiya sülhməramlıları Araiklə işləyir: “Onun Ermənistandan mədəd ummaq kimi niyyəti əslində ruslara sərf etmir. Ruslar burada hakimi mütləq olmaq istəyirlər ki, bəlli planlarını həyata keçirsinlər. Qarabağ klanını da Ermənistandakı seçkilərdə məğlubiyyətindən sonra Araikin Paşinyanı dəstəkləməsi razı salmır. Köçəryan buradakı nüfuzundan istifadə edərək hər şeyi nəzarət altına almaq istəyir, bu işdə rusla ona yardım edəcəklər. Araiki qovub onun yerinə həm ruslara, həm də Köçəryana sadiq birisini gətirmək istəyirlər. Burada yaşayan 35 min əhalinin qalması üçün ”tədbirlər" ələ alınacağı gözlənilir". Q.Çaxmaqlı hesab edir ki, həm də bu siyasət Paşinyanı əsas məqsədlərdən uzaqlaşdırmaq cəhdləri var: “Burada gərginlik artarsa, Zəngəzur dəhlizi məsələsi arxa plana düşə bilər. Rusiya nəzarəti itirib Ermənistanı və Qarabağın bu hissəsini Azərbaycanla təkbətək qoymaq istəmir, Köçəryana onun üçün bu siyasəti davam etdirmək vasitəsi kimi baxır. Azərbaycan öz suverenliyini təmin etmək üçün ruslarla əlaqəli işləməlidir. Buradakı sabitliyi təmin edəcək addımlar atılmalıdır. Onlardan biri buraya Azərbaycanlı əhalinin köçürülməsi siyasətinin başlanmasıdır. Ardından oradakı ermənilərin Azərbaycan vətəndaşlığına keçməsi ilə bağlı təkliflər olmalıdır. Bunlara başlanılsa ermənilərin də, rusların da burada möhkəmlənmək planları alt-olacaq. Arxasınca isə sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması işinin sürətləndirilməsi və artıq böyük sülh sazişi ilə bağlı diplomatik fəaliyyətlər olmalıdır”. Politoloq qeyd etdi ki, artıq Ermənistanda danışıq aparacağımız hakimiyyət var: “Paşinyanın başqa çıxış yolu yoxdur, cığallıq eləsə, hakimiyyətini itirə bilər. Həm də o anlayır ki, nicat yolu Azərbaycan və Türkiyə ilə əlaqələri sağlam məcraya çıxarmaqdır. Əks təqdirdə, onu devirəcəklər. Ermənistan üzərində tam qələbəni təmin etmək üçün Qərb dövlətlərini də bu işə qoşmaq lazımdır”.
Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir
Elxan Şahinoğlu: “Bəlkə də biz ”Dəmir yumruq" əməliyyatını dayandığı yerdən davam etdirməliyik"
Politoloq Elxan  Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın dəstək verdiyi Robert Köçəryan parlament seçkilərində məğlub olandan sonra Qarabağ klanı sanki alternativ “b” planını işə saldılar: “Bu nə plandır? Ermənistanda məğlub olublarsa, bunun revanşını Qarabağda almaq istəyirlər. Yəni Paşinyanın Qarabağdakı adamı Araik Arutyunyanı devirib, öz adamlarını oturtmaq istəyirlər. Bu, ya Vitali Balasanyan ola bilər, ya da elə Köçəryanın özü Ermənistandakı məğlubiyyətindən narazı qalaraq, yenidən Qarabağa qayıdıb, separatizmin başına keçə bilər. Amma bunun üçün ilk öncə Arutyunyanı devirmək lazımdır. Ona görə də Arutyunyan əleyhinə etirazlar başlayıb”. E.Şahinoğlu Rusiyanın proseslərə qarışmadığını vurğuladı: “Əgər Xankəndi qarışsa, bu, Paşinyana da problemlər yaradacaq. Çünki Paşinyan bir gözü ilə Qarabağa baxır, Araiki öz adamı sayır. Rusiyadakı bəzi şovinist mərkəzlər belə düşünürlər ki, əgər Ermənistanda istədikləri nəticəni əldə etmədilərsə, heç olmasa, Qarabağda istədikləri adam ermənilərin başında dayansın”. Politoloq qeyd etdi ki, Azərbaycan üçün bu proseslərdə kimin önə çıxmasının fərqi yoxdur: “Bizimçün fərq etmir, yaxşı separatçı, ya pis separatçı, hər ikisi separatçıdır. Bir gün Arutyunyan öz çıxışında əslində acı etirafı da dilə gətirdi, bilmirəm bunu səhvən, ya bilərəkdən etdi. Dedi ki, gərək 35 min erməninin sosial məsələlərini həll edə. Bununla da Prezident İlham Əliyevin dediyini təsdiqlədi. Yəni Qarabağda nə 50, nə də 120 min erməni yaşamır, cəmi 35 mindirlər, bəlkə bundan da az”. E.Şahinoğlu bildirdi ki, əgər Xankəndi şəhərində vəziyyət qarışacaqsa, bizim hazır ssenarimiz olmalıdır: “Köçəryan kimi qatil Xankəndinə qayıdacaqsa, hazır ssenarilərimizi işə salmalıyıq. Ora bizim ərazimizdir və biz öz ərazimizdə qarışıqlığa yol verə bilmərik. Ona görə bəlkə də biz ”Dəmir yumruq" əməliyyatını dayandığı yerdən davam etdirməliyik".
R.Köçəryan hələ ki N.Paşinyanın seçki saxtakarlıqlarını ifşa etmək üçün cəhdlər göstərir. Ola bilsin ki, oxu daşa dəydikdən sonra Qarabağdakı əski cinayətlərini xatırlayıb növbəti dəfə bu məkana dönmək istəsin. Ona görə də ilanın başını əzmək fürsətini əldən vermək olmaz...
Tarix: 24-06-2021, 14:36
Xəbəri paylaş





Xəbər lenti