“Bəzi bölmələrimizin mühasirəyə düşməsi yalandır” - Müdafiə Nazirliyi


"Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır".
 
Siam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  
"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda deyilir. 
Tarix: 16-09-2022, 17:56
Xəbəri paylaş





Xəbər lenti