"Azərbaycan - Ermənistan sərhədində yeni toqquşmalar olacaq" - Rusiyalı ekspertin ŞƏRHİ


“Delimitasiya və demarkasiya olunmayana qədər sərhəddə yeni toqquşmalar olacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr erməni mediasına müsahibəsində danışıb. O bildirib ki, Azərbaycanla sərhəddə eskalasiya ola bilər, çünki delimitasiya və demarkasiya işləri aparılmayıb.
“Azərbaycanın Ermənistana genişmiqyaslı hücumu üçün heç bir ilkin şərt yoxdur. Lakin Azərbaycan mövqelərini yaxşılaşdırmaq üçün yeni cəhdləri edə bilər.
Sərhəddə bu gərginliklər Azərbaycana lazımdır, çünki bu yolla ticarət üçün zəmin yaranır. Ermənistanla Azərbaycan arasındakı sərhəd SSRİ dövründəki bütün sərhədlər kimi delimitasiya və demarkasiya olunmayıb. Ona görə də belə problemlər qaçılmazdır.
Rusiya ilə Azərbaycan arasında bu tip problem yarananda Rusiya Azərbaycana kifayət qədər böyük, mübahisəli bir ərazi verdi. Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə də belə idi.
Burada çoxlu çətinliklər yaranır və təbii ki, Azərbaycan bu rıçaqdan İrəvana təzyiq göstərmək üçün istifadə ediəcək. Bakı prinsipi belədirr: əgər bizim şərtlərimizlə razılaşmasanız, o zaman sərhəddə bu və ya digər əraziyə mənsubiyyət məsələsini yenidən qaldıracağıq”, – deyə Skakov şərh edib.
Tarix: 22-10-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti