Putinin milyarder "desantı" Xocavənddə yox, Tərtər rayonu ərazisində oldu...

Putinin milyarder
 
"Təəssüf ki, dünən bir sıra aparıcı saytlarımız səhvən R.Vardanyanın Tərtər rayonunun Ağdərə şəhərində yox, Xocavənd şəhərində olması haqda məlumat veriblər. Vətən torpaqlarına qarşı belə diqqətsizlik olmaz... Saytlarımızı düşmənlər də oxuyur..."
 
Artıq iki aya yaxındır ki,  guya Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmiş erməni milyarder Ruben Vardanyan Azərbaycan Respublikasının hayların məskunlşadığı hüquqi-tarixi torpaqlarını sərbəst şəkildə gəzməkdə davam edir.
 
Dünən -oktyabrın 23-də  R.Vardanyan Tərtər rayonunun Rusiya "sülhməramlı"larının himayəsi altındakı Tərtər rayonunun faktiki erməni işğalı altında olan Ağdərə şəhərinə gedib.

Moderator.az xəbər verir ki, News.am nəşrinin yaydığı məlumata görə, hayk milyarder bu barədə "Facebook" hesabında yazıb.
 
“Administrasiya nümayəndələri və əhalisi ilə görüşün təsirli olduğunu” yazan Ruben Vardanyan Ağdərənin Xankəndi şəhərindən uzaqda yerləşdiyini vurğulayaraq deyib: “Ona görə də təəssüf ki, yüksək rütbəli məmurlar burada tez-tez qonaq olmurlar. Məlum oldu ki, sakinlərə açıq və dürüst ünsiyyət lazımdır”.
 
Erməni iş adamı "Martakert(Ağdərə-S.L.) rayonu"nun  qondarma "icra başçısı" Arsen Avanesyanın "nümunə göstərdiyini" və görüş ərəfəsində onun həmkarları ilə  təmas xəttindəki mövqelərdəki növbətçilikdən qayıtdığını bildirib.
 
“Buradakı insanlar çox yaxşı bilirlər ki, öz evlərini onlardan başqa heç kim qoruya bilməz”-deyə R.Vardanyan çərənləyib.
 
Xatırladaq ki,   bundan əvvəl erməni iş adamı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olmuşdu.  Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Rusiya lideri  V.Putinin milyarder "desantı" sayılan olan R.Vardanyana “dövlət naziri” postunu təklif edib və o, noyabrın 1-dən “vəzifə”sinin icrasına başlayacağını bildirib.
 
Qeyd:
 
Təəssüf ki, dünən bir sıra aparıcı saytlarımız səhvən R.Vardanyanın Tərtər rayonunun Ağdərə şəhərində yox, Xocavənd şəhərində olması haqda məlumat veriblər. Vətən torpaqlarına qarşı belə diqqətsizlik olmaz... Saytlarımızı düşmənlər də oxuyur...

Tarix: 24-10-2022, 09:44
Xəbəri paylaş





Xəbər lenti