Laçın yoluna əsgərimiz nəzarət etməsə VƏZİYYƏT AĞIRLAŞACAQ - Rusiya erməniləri qoruyur


"44 günlük müharibədən sonra düşmən yaralanıb, yaralı olan kəs ikiqat aqressivləşir, ikiqat təhlükəli rəqibə çevrilir. Bunu biz heyvanların timsalında da görürük. Hansısa heyvan yaralananda daha da aqressivləşir, qaşır gedir meşəyə, güc tapan kimi qayıdır qisasını almağa. Təəssüflər olsun ki, elə də düşmənimiz".
SİAM.AZ  bildirir ki, bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.
O bildirib ki, Azərbaycan artıq gərək Qarabağla bağlı bütün məsələləri öz nəzarətinə götürsün:
"Bəlli idi ki, Ermənistan heç zaman Qarabağın əlindən çıxmasını həzm edə bilməyəcək. Bu gün də Ermənistan öz ampulasındadır, həzm etməməkdə davam edir. Sərhəddəki bütün o qarşıdurmalar, təxribatlar məhz onun səbəbidir. Təbii ki, Ermənistan bu cür üsullartla Azərbaycanla sülh danışıqları prosesini də ləngidir və Ermənistantərəfi daim sərhəddə güc amilindən istifadə edərək qarşıda sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır. Bu, bir faktdır. 
Azərbaycan tərəfi də Ermənistana istər Brüssel görüşlərində, istər Moskva görüşlərində artıq öz ultimatumunu verib. Rəsmi Bakı bəyan edib ki, ilin axırına qədər istər sülh müqaviləsi, istər sərhədlərin müəyyənləşdirilməsi məsələsi və təbii ki, Qarabağdakı qanunsuz silahlı birləşmələrinin tərkisilah olunması məsələsini də tezləşdirib, bütün bu məsələləri yekunlaşdırmaq lazımdır. Əks halda Azərbaycan Laçın yolunu yenidən hansı formatda, hansı üsulla idarə olunması məsələsinə qayıdacaqdır. 
Bu o deməkdir ki, bu gün Azərbaycan və Ermənistan arasında ermənilərin Ermənistanla yeganə yolu olan Laçın dəhlizinə yeni alternativ yolda Rusiyanın "sülhməramlıları" dayanırlar. Yəni ki, ora Azərbaycanın nə sərhədçisi, nə də müvafiq güc strukturlarından heç bir birlik nəzarət etmir. O yol birbaşa Rusiya sülhməramlılarının nəzarətindədir. 
Artıq gərək bu məsələlərdə Azərbaycan bütün təşəbbüsləri gərək əlində cəmləyə. Çünki biz bilirik ki, düşmən təxribatlardan əl çəkəsi deyil, 1 il də, 5 il də keçsə xeyiri yoxdur, düşmən yenə düşmənçiliyindən, bədniyyətlərindən əl çəkən deyil. Biz artıq bunu yüz illərdir sınaqdan keçirmişik, bilirik. Müxənnət düşməndir. 
Onlar hazırda Azərbaycanın büdrəməsini gözləyirlər, pusqudadırlar. Ona görə də o Laçın yolu mütləq şəkildə Azərbaycanın nəzarətində olmalıdır. Orada ermənilərə kimin "nəzarət etməsinin" bizə heç bir dəxli yoxdur. Onlar ordadırlar ermənilər üçün, bizim üçün yox. Laçın Azərbaycanın ərazisidir, bu yol da onun içinə daxil olmaqla. Beynəlxalq qanunlar və təşkilatlar tərəfindən tanınmış sərhədimiz var.
Oranı nə üçün Azərbaycan yox, Rusiya sülhməramlısı qorumalıdır? O baxımdan Azərbaycan tərəfi bu məsələni gündəmə gətirməlidir, ardıcıl olaraq Rusiya qarşısında bu məsələni qaldırmalıdır ki, sənin sülhməramlıların oradadır, onlar mənim üçün deyil. Erməniləri qorumağa gəlmisinizsə, vaxtınız çatana kimi dayanın və qoruyun. Bura mənim dövlət sərhədimdir. Mənim burada sərhədçilərim, nəzarətim olmalıdır. 
Azərbaycan bilməlidir buradan nə maşınlar keçir, necə maşınlar keçir. O maşınlar bir-bir Azərbaycan silahlı qüvvələri, güc strukturları tərəfindən yoxlanılıb əraziyə buraxılmalıdır. Ona görə, nə qədər ki, biz bu məsələləri hələ həll etməmişik, Ermənistan tərəfindən bizə qarşı bu tipdə təxribatlar olub və getdikcə də daha da ağırlaşacaq".
Qeyd edək ki, Azərbaycan XİN ötən gün bəyanat yaydı ki, Ermənistan Laçın dəhlizi ilə mina daşıyır: "Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir".
Tarix: 26-10-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti