Kreml Soçi görüşü ərəfəsində Qərbin planlarına qarşı Xankəndində kütləvi etiraz hazırlayır…

Kreml Soçi görüşü ərəfəsində Qərbin planlarına qarşı Xankəndində kütləvi etiraz hazırlayır…
Putin 2020-ci ildə “sülhməramlı” missiyasıyla Azərbaycan ordusunun Xankəndini azad etməsinin qarşısını boş yerə almayıb ki….
 
“Erməni müxalifəti Ermənistan hökumətinin Qərbin təklif etdiyi “sülh müqaviləsi” variantını ilin sonuna kimi imzalayacağı, bunun əsasında isə Qarabağın birdəfəlik  Azərbaycana veriləcəyi barədə qəzəbli bəyanatlarla kifayətləndiyi bir vaxtda Qarabağın siyasi dairələrində qarşıdan gələn üçtərəfli Soçi görüşü ərəfəsində güclü bir aksiya hazırlanır. Məqsəd onun hamının eşitməsini təmin etməkdir".
 
Moderator.az xəbər verir ki, bunu bu gün - 27 oktyabr səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yazıb.
 
"Artsax xalqının iradəsi məsələnin həllinin Rusiyanın təklif etdiyi növbəti danışıqlara qalması variantını qəbul etməkdir. Kütləvi tədbirin keçiriləcəyi gün barədə, hələ ki, dəqiq məlumat yoxdur", -deyə erməni qəzeti əlavə edir.
 
Zəruri şərh: 
 
Guya “Artsax xalqının Rusiyanın təklif etdiyi variantı dəstəkləməsi” onu göstərir ki,  Xankəndində gözlənilən aksiya məhz Kreml tərəfindən təşkil edilir. Putinin milyarder “desant”ı R.Vardanyanın Qarabağda “yüksək vəzifə” tutacağı və bundan sonrakı işlərin müzakirəsi üçün separatçı rejimin baş müqəvvası Arayik Arutyunyanın Moskvaya getməsi haqda xəbərlər də bunu təsdiqləyir... 2020-ci ilin Qarabağ savaşı zamanı Putin “sülhməramlı” missiyasıyla Azərbaycan ordusunun Xankəndini azad etməsinin qarşısını boş yerə almayıb ki…
Tarix: 27-10-2022, 08:49
Xəbəri paylaş





Xəbər lenti