"Hazırda Azərbaycanın düşdüyü vəziyyət o qədər də ürəkaçan deyil"

"Hazırda Azərbaycanın düşdüyü vəziyyət o qədər də ürəkaçan deyil"MEMATT minatəmizləyən texnika

Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. Bu barədə XİN-dən məlumat verilib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkdiyi vurğulanıb. “Onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır”. Azərbaycan XİN Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olduğunu bildirib: “Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son iki il ərzində Azərbaycan daim işğaldan azad olunan minalanmış ərazilərin xəritəsini tələb edir. Çox təəssüf ki, Ermənistan dəfələrlə bu məsələ ilə bağlı qeyri-adekvat münasibət göstərərək, tələb olunan reallığı əks etdirən xəritələləri təqdim etmir.
Ramil Məmmədli Ramil Məmmədli
“2021-ci ildə Ermənistan məhz bu xəritələrlə bağlı bazarlıq etməyə, oyun qurmağa çalışdı. Amma alınmadı. Nəticədə təqdim etdiyi xərtiələr, göstərilən ərazilərin 25 faizini əks etdirə bildi”,- deyə Ramil Məmmədli bildirib.
Hərbi şərhçi hesab edir ki, bu Ermənistanın əslində Azərbaycana qarşı aqressiyasının nəticəsidir.
“Məsələnin başqa bir tərəfi də var. Təbii ki, Ermənistan işğalçıdır, aqressordur. Və o minalanmış ərazilərin xəritələrin verilməsində maraqlı deyil. Amma beynəlxalq təşkilatlar da, BMT, Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar da, ABŞ, Fransa, Rusiya kimi ölkələr də işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin təqdim edilməsi ilə bağlı hər hansı bir təzyiq göstərmədilər. Bununla bağlı, hər hansı bir fikir söylənilmədi. Nəticədə Azərbaycan bu problemdən çıxış yolunu özü axtarmaq məcburiyyətində qaldı” - deyə o əlavə edib.
Ramil Məmmədli qeyd edib ki, Azərbaycan həmin ərazilərin minalardan təmizlənməsi prosesinə külli miqdarda vəsait xərcləmək məcburiyyətindədir. Bu həm texnikaların alınması, həm də mütəxəssislərin cəlb edilməsinə sərf edilir. Minalanmış ərazilərin təmizlənməsi yalnız fərdi həyata keçirilir. Və mütəxəssislərə ehtiyac duyulur.
“Bu baxımdan hazırda Azərbaycanın mövcud problemlə bağlı düşdüyü vəziyyət o qədər də ürəkaçan deyil. Yəni Azərbaycan faktiki olaraq, həm müharibə zamanı Ermənistan ordusu ilə döyüşüb, bu gün də ermənilərin basdırdıqları minalarla döyüşmək, onları tək-tək tapıb zərərsizləşdirməklə məşğuldur” - deyən şərhçi hesab edir ki, beynəlxalq təşkilatlar özündə güc tapıb Ermənistana bu məsələ ilə bağlı təzyiq edəcəklər.
Tarix: 27-10-2022, 13:43
Xəbəri paylaş





Xəbər lenti