İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən 
müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun rayonun Yenikənd kəndində yaşayan 
ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.


Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü 
uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu 
Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd 
kəndində anadan olub.  Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər 
zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd 
kəndində dəfn olunub. Şəhidin 4 övladı yadigar qalıb.

Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə 
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 
müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" 
medalları təltif olunub.

Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı 
kənddə adına bulaq inşaa edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tarix: 29-10-2022, 17:23
Xəbəri paylaş





Xəbər lenti