“Qarabağda son və tam qələbəyə doğru irəli!”-çağırış


 
“Ermənilər Xankəndidə izdihamlı mitinq keçirib, Azərbaycanın tərkibinə qayıtmayacaqlarını bildiriblər”.
Musavat.com xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı Xankəndidə keçirilən 30 oktyabr tarixli mitinqdən bəhs edərkən bildirib.
Onun sözlərinə görə, bu mitinq Ermənistan rəhbərliyi tərəfindən təşkil edilib: “Rusiya sülhməramlılarının müşayəti ilə Ermənistandan buraya mitinqçilər gətirilib. O da aydındır ki, bu oyunların arxasında Rusiya və Qərb dayanır”.
ABP sədrinin sözlərinə görə, hər şey 1988-ci ildə olduğu kimi təkrar olunur: “Azərbaycan hakimiyyəti 1988-ci il rəhbərliyi kimi müşahidəçi rolunda qalacaq, yoxsa hərəkət edəcək?! Sərt hərəkət üçün qətiyyəti çatacaqmı? Ermənilərin bu oyunlarını dərhal və sərt şəkildə beşiyində boğmalıyıq, onlara ayaqlanmağa imkan vermək olmaz!”


A.Nağı bildirib ki, xalqın bu rəzalətlə barışması mümkün deyil: “30 il ərzində xalqın iradəsini dayanmadan ifadə edən Qarabağ Azadlıq Təşkilatının da fəaliyyətini bərpa etmək haqqında düşünəcəyik. Azad Vətən Partiyası olaraq da meydanlara çıxmağa hazırıq. Hakimiyyət də iradəsini nümayış etdirməlidir. Soçi, Brüssel və digər oyunbazlıqlara son qoyub, ermənilərə son zərbəni vurub, birdəfəlik susdurmalıyıq! Qarabağda son və tam qələbəyə doğru irəli!”
Tarix: 31-10-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti