Xankəndindəki suverenliyimizə qarşı mitinqdə 45 min hayk iştirak etdi?..-FOTOLAR+VİDEO

Xankəndindəki suverenliyimizə qarşı mitinqdə 45 min hayk iştirak etdi?..-FOTOLAR+VİDEO
Hələ oktyabrın 27-dən xəbərdarlıq etdiyimiz kimi(bax: //moderator.az/az/ekskluziv/564364/kreml-soci-grusu-erefesinde-qerbin-planlarina-qarsi-xankendinde-kutlevi-etiraz-hazirlayir/), dünən oktyabrın 30-da Azərbaycan Respublikasının faktiki olaraq Rusiyanın nəzarətində olan Xankəndində 32 il ərzində məhz Kremlin,  2020-ci ilin 10 noyabrından bəri isə "sülhməramlı"ların himayəsində bəslənən separatçı-terrorçu rejimin təşkil etdiyi kütləvi mitinq keçirilib.

Moderator.az xəbər verir ki, "Kavkazski uzel" nəşrinin  separatçı rejim "polis"inə istinadla yaydığı məlumata görə, mitinqdə 45 minə yaxın hayk iştirak edib.

Mitinqin əsas tələb və şüarları məlumdur: "Artsax heç vaxt Azərbaycanın tərkibində ola bilməz!"  "Məsələnin həlinin Rusiya variantı icra olunmalıdır", "Rusiya sülhməramlılarının Qarabağda qalma mandatı uzadılmalıdır!"  və s.
Zəruri şərh:

Xankəndindəki mitinq iştirakçılarının sayı şişirdilə bilər. Amma fakt odur ki, bu mitinq son 30 ildə ermənilərin torpaqlarımızdakı ən kütləvi tədbiri olmaqla yanaşı, birbaşa Azərbaycan Respublikamızın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlməklə, Kremlin, Putinin planlarına  tam uyğundur. Və Azərbaycan hüquq-mühafizə orqanları, güc və təhlükəsizlik strukturları 1988-ci ildə olduğu kimi, bu dəfə də erməni separatçılarının qanunsuz, icazəsiz aksiyasını yatırmaq hüququndan məhrum edildi...


Tarix: 31-10-2022, 08:33
Xəbəri paylaş





Xəbər lenti