“Azərbaycanın qeyd etdiyi kəndlərə iddiamız yoxdur” - Paşinyan
Ermənistan hökümətinin Tavuş bölgəsindəki kəndlərə dair hər hansı iddiası olmayıb.
APA “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşatda partiya yoldaşları ilə görüşündə deyib.
“Bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən kənarda heç bir əraziyə iddiası yoxdur. Bura Azərbaycanın bəhs etdiyi kəndlər də daxildir”, - Baş nazir vurğulayıb.
Tarix: 31-03-2024, 10:52