Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi


İyunun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən
oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən
ildırım vurması nəticəsində şəhid olub.
Bu gün Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər
rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd
Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı
Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon
Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əskər 
zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat
kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon
ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov və Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət
Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi
Qəhrəmanı Babək Qurbanov şəhidin ailəsinə başsağlığı verərək, Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxış Baxışlının eldən
gedən oğul olduğunu vurğulayaraq ailəsinə səbr diləyiblər.
Cənazə namazından sonra şəhid doğulub boya-başa çatdığı Tərtər
rayonunun İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dövlət
Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi
Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov
cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağını şəhidin atası Elşən
Bağırova təqdim edib, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər
rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta
məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti
Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44
günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə
fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-
cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”,
“Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli
medalları ilə təltif edilib.
Subay idi.
Allah rəhmət eləsin!
 
Tarix: 10-06-2024, 22:40
Xəbəri paylaş





Xəbər lenti