lham Əliyev bum vəd edir, Sevinc Həsənova isə ixtisarlar hazırlayır

lham Əliyev bum vəd edir, Sevinc Həsənova isə ixtisarlar hazırlayır Keçən ilin sonunda dərc edilmiş milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri bütövlükdə ölkə iqtisadiyyatının və ayrılıqda onun hər bir sahəsinin inkişafının yeni mərhələsi olacaq. Ancaq Prezidentin yol xəritəsinin elanından sonra, bunlar - milli iqtisadiyyatın gələcək inkişafının konseptual istiqamətləri, faktiki olaraq, ictimai müzakirələrdən kənar qaldılar. İlkin təəssürat belədir ki, ölkə ictimaiyyəti Prezidentin yeni islahatlarının miqyasını hələ dərk etməyib.

Haqqin.az və virtualaz.org saytları bu boşluğu doldurmağa qərar verərək, ölkə iqtisadiyyatının ən əhəmiyyətli sahələri üzrə hər strateji yol xəritəsinin mahiyyətini açmağa xidmət edən yazıların dərcinə başlayır.

Bugünkü analitik hesablamanı biz ən əhəmiyyətli iqtisadiyyat sektorlarından birinə – inşaat seqmentinə həsr etməyə qərar verdik.



Tikintidəki durğunluq iqtisadiyyatı dayandırdı

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artma və düşmə dinamikasına diqqət yetirmək kifayətdir ki, məhz inşaat sektorundakı işlərin zəifləməsinin ÜDM-in azalmasına səbəb olduğunu görəsən. Buna iki səbəb var. Birincisi, dövlət investisiyaları azaldı, bu da təbii idi, çünki ölkənin gəlirləri azaldı və onlar ilk növbədə sosial məsələlərin həllinə yönəldildi. Buna görə keçən il heç bir sosial layihə ixtisara məruz qalmadı. Və ikincisi, əlbəttə, sahibkarlar ev tikintisinə az diqqət ayırmağa başladılar.

Bununla belə, yaşayış tikintisi üzrə yeni yaradılmış Dövlət Agentliyi bu sektorda işləri canlandırmaq niyyətindədir. Bu haqda Dövlət Agentliyinin birinci layihəsi olan, Yasamal yaşayış kompleksində tikiləcək doqquzmərtəbəli binanın təməlqoyma mərasimində Prezident İlham Əliyev bəyan etdi. Məlum oldu ki, bu layihə çərçivəsində 29 bina – faktiki olaraq bütöv mikrorayon tikiləcək.

Dövlət Agentliyi sıçrayış hazırlayır

Və bu öz növbəsində inşaat sektorunda böyük hərəkətə və canlanmaya gətirib çıxaracaq. Eyni zamanda, tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər öz fəaliyyətlərini bərpa edəcək və genişləndirəcəklər. Beləliklə, yeni meqalayihə ölkə iqtisadiyyatının canlanmasına təkan verəcək.

Münasib qiymətlə mənzil təminatının inkişafı üzrə strateji yol xəritəsində 2020-ci ilə qədər təxminən 10 min yeni iş yerinin açılması nəzərdə tutulub. Yol xəritəsində nəzərdə tutulan işlərin reallaşdırılması ÜDM-i 249 milyon manat artırmağa imkan verəcək. Hökumət ölkənin mənzil ehtiyaclarını təmin etmək üçün 2020-ci ilə qədər Yaşayış tikintisi üzrə Dövlət Agentliyinin mövqeyini gücləndirməyi planlaşdırır. 2025-ci ilə qədər respublika şəhərlərinin əsaslı və planlı şəkildə yenidən qurulmasına başlamaq, 2025-ci ildən sonra isə respublika rayonlarının mənzil sektorunun inkişafındakı əskikləri aradan qaldırmaq nəzərdə tutulub.

lham Əliyev bum vəd edir, Sevinc Həsənova isə ixtisarlar hazırlayır

Dövlət Agentliyinə mənzil bazarının fəaliyyəti üçün münasib qiymətlərlə əlverişli şəraiti yaradacaq mexanizmlərin tətbiqi üzrə səlahiyyətlər veriləcək. Bütövlükdə yol xəritəsində nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün tikinti sektoruna təxminən 1 milyard manat sərmayə qoymaq planlaşdırılır. Vəsaitlər həm dövlət büdcəsindən, həm də başqa mənbələrdən (Sahibkarlığa Milli Dəstək Fondu, beynəlxalq maliyyə təşkilatları, bank kreditləri, Azərbaycan İpoteka Fondu, qiymətli kağızlar və s.) ayrılacaq.

Beləliklə, söhbət ölkədə ikinci inşaat bumunun başlanmasından gedir. Əlbəttə, dövlət xəzinəsinə daxil olan gəlirlərin azaldığı bir dövrdə hökumət "sıfırlar" dövrü inşaat bumunun fenomenini təkrarlaya bilməyəcək, amma bu proqram, hər halda, indiki durğunluqdan çıxmaq üçün bir sıçrayışdır. Özünüz düşünün, 2017-ci ildə dövlət büdcəsindən 50 milyon manat yalnız Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə sosial ipotekanın maliyyələşdirilməsinə ayrılacaq. Təxminən bir o qədər də maliyyə vəsaiti (50 milyon manat) sosial evlərin tikintisi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə (MIDA MMC) ayrılacaq.

Nazir müavini Sevinc Həsənovanın düzəlişi

Düzdür, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovun parlamentin plenar iclasındakı çıxışında səsləndirdiyi proqnozlar bir qədər təəccüb doğurur. Dövlət başçısının 2017-ci ildə inşaat sektorunda hazırlanan sıçrayış haqqında iddiasının əksinə olaraq S.Həsənova demək olar, belə dedi: "Biz inşaat sektorunun ixtisarını proqnozlaşdırırıq. Bu, dövlət investisiyasından fərdi investisiyalara əsaslanan modelə keçidlə bağlıdır. Dövlət investisiyasının həcmi azalır".

lham Əliyev bum vəd edir, Sevinc Həsənova isə ixtisarlar hazırlayır

Ola bilsin, nazir müavini Yol xəritəsinin hazırlanmasında iştirak etməyib, ona görə belə deyir. Ya bu, ya da başqa səbəblərdən-fərqi yoxdur, məsələ ondadır ki, onun fikri hökumətin ümumi strategiyasına heç cür uyğun gəlmir. Əgər yalnız ipotekaya və ev tikintisinə MIDA MMC vasitəsi ilə 100 milyon manat ayrılırsa, dövlət investisiyasının həcmi də azala bilməz. Artan dövlət investisiyasının arxasınca isə bir qayda olaraq, fərdi investisiyaların artımı gəlir. Sadəcə nəzarət etmək lazımdır ki, bu vəsaitlər vaxtında və tamamilə lazımi yerə sərf olunsun. Bu səbəbdən onun bəyanatını çox güman ki, ciddi qəbul etmək lazım deyil. Ehtimal ki, bu ümumi qaydadan kənara çıxan anlaşılmazlıqdır, hansına ki, ya İqtisadiyyat Nazirliyi, ya da Sevinc xanım özü tezliklə aydınlıq gətirəcəklər.

Ümumi qaydaları isə Prezident tərəfindən təsdiq edilmiş inşaat sektoru üzrə strateji yol xəritəsində axtarmaq lazımdır. Orada hər bir rəqəm dəqiq və aydın yazılıb. O rəqəmlər ki, arxasında nüfuzlu institutların dəqiq analizləri dayanır.
Tarix: 9-01-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti