Əhəd Abıyev vəzifəsindən azad olunub?

Əhəd Abıyev vəzifəsindən azad olunub? Bu gün mətbuatda yayılan məlumata görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyev tutduğu vəzifədən uzaqlaşdırılıb

Daşkəsən rayon İcra hakimiyyətindən aznews.az-a verilən məlumata görə, Əhəd Abıyev işlə əlaqədar Bakıya çağrılıb:

“Əhəd müəllim hazırda rayonda yoxdur, o, işlə əlaqədar Bakıdadır, müavinləri isə iş başındadır."


Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən hazırlanan bayrağını yumruqla sındırıb. Bu zaman bayrağın səhv tutulması nəticəsində Əhəd Abıyev Ermənistan yox, Kolumbiya bayrağını sındırmış olub.
Əhəd Abıyev vəzifəsindən azad olunub?
Tarix: 9-01-2017, 16:32
Xəbəri paylaş





Xəbər lenti