“Lavrovun bu açıqlamasından sonra…” –ADP funksioneri hakimiyyətə səsləndi

“Lavrovun bu açıqlamasından sonra…” –ADP funksioneri hakimiyyətə səsləndi Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Lavrov "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil” deyə cavab verib.

Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

Lavrovun Azərbaycanın milli maraqlarına zidd olan və kəskin etiraz doğuran bu açıqlamaları ilə bağlı Mia.az-a danışan ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun sözlərinə görə, Rusiyanın keçmiş SSRİ məkanındakı münaqişələrdəki rolu və maraqları onsuz da hamıya bəlli idi:

"Xüsusilə də Dağlıq Qarabağın və digər Azəbaycan ərazilərinin işğal edilməsinin təkcə Ermənistanın işi olmaması da dünyaya bəllidir. Amma Rusiya siyasi rəsmiləri ən azı sözdə özlərini bu müharibənin tərəfi kimi göstərməməyə, yəni neytral mövqe tutmağa çalışırdılar.

Lavrovun məlum açıqlaması isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tərəf olduğunu birbaşa təsdiq edir. Bu açıqlamadan sonra bu ölkənin münaqişənin guya nizamlanmasında vasitəçi kimi iştirakı da qeyri-mümkündür".

Partiya fünksioneri deyir ki, Azərbaycan hakimiyyəti Lavrovun açıqlamasına görə rəsmi Moskvadan ən azı izahat tələb etməli və müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsini təcili diqqətə çatdırmalıdır.
Tarix: 17-01-2017, 22:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}