"Canı və qanı ilə ermənilərə bağlı olan birindən fərqli münasibət gözləməyə dəyərmi?

"Canı və qanı ilə ermənilərə bağlı olan birindən fərqli münasibət gözləməyə dəyərmi? "Azərbaycanın milli maraqları olan yerdə heç zaman susmaq olmaz. BAXCP hər zaman açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağı Rusiya işğal edib və bütün danışıqlar də Ermənistanla deyil, Rusiya ilə aparılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil" bəyanatı birbaşa beynəlxalq hüquqa ziddir".

"Bunu Moderator.az - a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqlarımızla bağlı 4 qətnaməsi var. Rusiya BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi həmin 4 qətnamənin qəbul olunmasına səs verib. Rusiya rəsmisi bu addımı ilə təkcə beynəlxalq hüquq normalarına deyil, həm də öz ölkəsinin imzasına hörmətsilik nümayiş etdirir. Bütün dünya Qarabağı Azərbaycanın ərazısı kimi tanıyır və dəstəkləyir. Bu bizim birbaşa hüquqmuzdur ki, işğal olunmuş ərazilərimizi işğaldan azad edərək öz suverenliyimizi təmin edək. Lavrovun bu sərsəmləməsinıə baxmayaraq beynəlxalq hüquq da bizim tərəfimizdədir“.

Niyaməddin Orduxanlı Rusiya xarixi işlər naziri Sergey Lavrovun daim Ermənistanın maraqlarından çıxış etməsində qeyri-adi heç nə olmadığını düşünür:

“Lavrovu bu bəyanatına həm rəsmilərimiz, həm ictimaiyyət - QHT-lər, siyasi təşkilatlar, partiyalar, bütövlükdə xalqımız etiraz etməlidir. Onsuz da Lavrovu Azəraycan cəmiyyəti ermənilərlə qan qohumu olan birisi kimi tanıyır. Erməniyə canı və qanı ilə bağlı olan birindən başqa cür münasibət gözləməyə dəyərdimi? Hesab edirəm ki, onun bu bəyanatı cəmiyyətimiz üçün gözlənilən olmalı idi. Ancaq Rusiya bilməlidir ki, Azərbaycan xalqı hər an öz torpağını azad etmək hüququnu heç kimə verməyib. Aprel döyüşləri də onu göstərdi ki, bizim xalq döyüşmək, müharibə aparmaq əzmindədir“.
Tarix: 18-01-2017, 09:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}