PAŞİNYANIN BRÜSSEL SƏFƏRİ RUSİYADA QƏZƏBLƏ QARŞILANIB:"O, Rusiyanı şantaj edir, yoxsa ölkəsini NATO-ya satır?" - TƏHLİL



Konstantin Lyapunov

lenta.ru, 19.07.2018

 

Rusiya Federasiyasına “dost” Ukrayna ölkəsinin əkiz bacısı Ermənistan  doğulur – həmin “müsbət” keyfiyyətlər məcmusuyla. Bu, xüsusən də ona görə kədərlidir ki, İrəvan hələ bu yaxınlarda Moskvaya münasibətdə olduqca loyal idi. Ən azı, Qafqazın qalan müstəqil respublikalarından xeyli çox. İndi isə ikitərəfli qarşılıqlı fəaliyyətin sonrakı perspektivləri haqda möhkəm-möhkəm düşünmək lazım gəlir. Və bu düşüncələr yaxşı heç nə vəd etmir.

Ermənistanın təzə lideri, Ukrayna prezidenti Pyotr Poroşenkonun addımlarını sanki surət çıxaran maşın kimi təkrarlayan Nikol Paşinyanın fəaliyyəti bu cür kədərli nəticələrə təhrik edir. Məlum olduğu kimi, Poroşenkonun bizimlə  dostluğu isə baş tutmayıb.

 

İki kürsü həvəsi

 

Ermənistanın yeni liderinin fəaliyyətində ona etibar edilən dövlətin xarici siyasətində bilərəkdən Qərbə sarı edilən dönüş daha çox diqqət çəkir. Özü də, hər şeyə əsasən, orada siyasi məclisdə, sadəcə, “öz adamları” olmağa deyil, həm də ölkəni Rusiyaya açıqca düşmən NATO blokuna hansısa şəkildə inteqrasiya etməyə hazırlaşır. Ya da “azad dünya”nın hərb zorbasıyla öz əlaqələrini sərgiləməklə sonrakı əməkdaşlıq üçün Moskvadan özəl şərtlər sıxıb çıxartmağa çalışır. Orada necə olduğunu bilmirik, amma Paşinyan, hər necə olur-olsun, KTMT-yə üzv ölkənin hərbi alyansın 11-13 iyulda Brüsseldə keçirilən sammitinə qatılan yeganə başçısı olub.

Səfər Rusiya auditoriyasına, vur-tut, işgüzar səfər kimi təqdim olunub. Guya, baş nazir gəncdir, dünya siyasi isteblişmentində hələ heç kimi tanımır, orada isə Qərbin praktik olaraq bütün liderləri yığışıb – tanışlıq, vizit kartı paylamaq mümkündür. Ola bilsin, belə də var. Amma iki “əmma” var.

Birinci “əmma”: bu, necə hərbi alyansdır ki, lap dövlət başçısı olsa da, arzulayan hər bir kəs onun toplantısına ayaq basa və orada NATO-nun fəaliyyətilə heç bir bağlılığı olmayan fəaliyyətlə məşğul ola bilər?

İkinci “əmma” – Paşinyanın kadr siyasətidir. Çünki təsadüfəndir, ya bilərəkdəndir, amma Nikol öz kabinetini praktik olaraq başdan-ayağa rusxoflulardan formalaşdırıb. ABŞ-da təhsil almış, “Soros fondu” proqramının koordinatoru kimi çıxış edən Ermənistan diaspora naziri müavini Babken Ter-Qriqoryan bu sıradadır. Amma bu, hələ bəlanın yarısıdır. Ter-Qriqoryan Paşinyanı hakimiyyətə gətirmiş “kabablı meydan” deyilən hadisələr zamanı (yeri gəlmişkən, o, 2013-2014-cü illərdə Ukraynadakına oxşar şüarlarla gəlib) birbaşa Rusiya prezidentini təhqir edən plakatla gözə dəyib.

Ermənistanın yeni əmək naziri Mane Tandilyan isə ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını fəal təbliğ edir. Mədəniyyət naziri Lilit Makunts isə 2016-cı ildən, məlum olduğu kimi, MKİ-yə bağlı olan Аmerika sülh korpusu ilə çalışır.

Belə çıxır ki, hazırda Ermənistana başçılıq edənlər içində təkcə Paşinyanın özü Rusiya ilə uzunmüddətli və etibarlı əlaqələri bəyan edən yeganə adam olaraq qalıb və belə bir duruş onun üçün sadəcə namünasib olmaya bilməz. Amma RF-yə münasibətdə istənilən düşmən addımı öz çevrəsinin üstünə yıxa bilər. Ən nəhayətdə, Ermənistan ki demokartik ölkədir, buna kimsə şübhə edir? Və deməli, hər şeyi baş nazir həll etmir. Bununla yanaşı, düşmən addımlar olmasın deyə, Rusiya yeganə “sülh göyərçini” ilə dil tapmalıdır – ən yaxın çevrəsindəki qatı “qərbçilər”i toxdada biləcək Paşinyanla.

Əlbəttə, havayı deyil. Yetərincə böyük ehtimal payı ilə güman etmək olar ki, Ermənistanın yeni liderinin hərəkətləri məhz bu cür məntiqə, yəni bayağı şantaja əsaslanır. Əks halda Brüssel səfərini daha necə başa düşmək olar?

 

“Əlciyəz”

 

Brüssel səfəri Ermənistan vətəndaşlarına fenomenal diplomatik uğur kimi təqdim olunub. Axı tədbirdən fotoşəkillərə əsasən, Paşinyan həm Donald Tramp, həm Emmanuel Makron, həm Angela Merkel, həm Federiko Moqerini, həm İtaliya baş naziri Cuzeppe Konte, həm İspaniya baş naziri Pedro Sançes, həm Yunanıstan baş naziri Aleksis Sipras, həm Kanada başçısı Castin Tryudo, habelə Litva, Ukrayna, Makedoniya, Slovakiya liderləri, əlbəttə, NATO baş katibi Yens Stoltenberqlə də əl tutuşmağa nail olub.

İndiki halda “əl tutuşmaq” açar sözdür, çünki Ermənistan KİV-ləri səfər haqda hesabat qismində Paşinyanın sözügedən bütün vəzifəli şəxslərlə çoxsaylı əltutuşmalarının fotoşəkillərini sərgiləyib (ki bu da belə bir tədbir üçün standart protokol praktikasıdır). Düzdür, bununla yanaşı əl sıxmaqların ardınca heç bur tamdəyərli görüş və danışıqların gəlmədiyi faktı haqda astaca susurlar.

Yeri gəlmişkən, bəzi KİV-lərin xəbər verdiyi kimi, Nikol, Trampla foto öz aktivində qalsın deyə, ABŞ prezidentini xanımıyla əvvəlcə girişin yanında gözləməli, Donald isə Melaniya ilə ehtiyat qapıdan çıxanda yaxşı sprinter vərdişləri göstərməli, Amerika prezidentini yaxalamalı və gedə-gedə ona əl uzatmalı olub. Təbii, tərbiyəli adam olan Tramp əl tutub. Bu jest Ermənistan mediasında isə diplomatik irəliləyiş kimi təqdim olunub. Paşinyan Qərbin başqa liderlərilə də oxşar sxem üzrə hərəkət edib. Nəticə kimi – əltutuşmaların bütöv bir albomu.

Əl zirəkliyi və heç bir dələduzluq!

Deyilməlidir ki, qəbul Ermənistan liderinin nou-hausu olmasa da, yaxşı məşq edilib, çünki ona qədər Ukrayna prezidenti Pyotr Poroşenko bu üsuldan fəal faydalanıb.

 

Demokratiyaya sədəqə verin

 

Ədalət xatirinə qeyd etmək lazım gəlir ki, səfərin hər halda müəyyən qədər diplomatik tərkibi olub. Məsələn, Nikol Paşinyan “Euronews” telekanalına NATO-ya Azərbaycana “güclü ismarıc” göndərməyi məsləhət gördüyü müsahibə verib – Bakı Dağlıq Qarabağ torpağını qaytarmağa cəhd edərsə, onda bu, bütün dünya demokratiyasına təhlükə kimi şərh olunmalıdır.

Təbii, belə bir mövqe Şimali Atlantika tərəfdaşlarında ehtiyatlı təəccüb doğurub, çünki Qərbdə Azərbaycanın ərazi bütövlüyünü tanımaq və bu məsələylə bağlı şübhəli macəralara qatılmaq istəksizliyi haqda dəfələrlə bildiriblər.

Düzdür, Ermənistan kabineti başçısı pul xahişinə başlayandan sonra Paşinyanın diplomatiyası bir qədər soluxub. Təbii ki, “demokratikləşməyə”. Təəssüf ki, Brüsseldə bu kədərli zəhməti, vur-tut, ildə 10 milyon avro dəyərləndiriblər, təbii, bundan ürək açılmır. Hətta Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalski dəqiqləşdirməyi yaddan çıxarmayıb ki, Avropa Birliyi onsuz da Ermənistanın əsas sponsorudur, Qafqaz respublikasına dəstək proqramı isə Ermənistanın hələ əvvəlki rejimi dönəmində qəbul olunub. Bundan başqa, diplomatın baxış nöqtəsinə görə, Paşinyanın motivləşdirməsi o qədər də aydın deyil, axı Ermənistanın Avropa Birliyinə qarşı siyasəti de-yure dəyişilmir. Svitalski təəccüblənib: “Ermənistanın AB-yə münasibətdə dəyişməz siyasəti AB-nin Ermənistana münasibətdə siyasətinin dəyişməsinə səbəb olmalıdır?”

Bu isə bildirir ki, əlavə pul olmayacaq. Nə qədər təəssüf ediləsi olsa da. Buna görə də yaranan durum Ermənistanın yırtılmış büdcəsini doldurmaq probleminin həllində dərhal bir neçə variant törədəcək: ölkəni NATO-nun Cənubi Qafqazdakı hərbi bazası kimi satmağa cəhd etmək; Qərblə əlaqələri gücləndirmək şantajı ilə Rusiyadan pul almaq; Ermənistanın suveren iqtisadiyyatını gücləndirməyə səy etmək. Maraqlıdır, Paşinyan bu variantlardan hansını seçər?

Tərcümə Strateq.az-ındır.

Tarix: 21-07-2018, 00:20
Xəbəri paylaş





Xəbər lenti