Lavrovun ikibaşlı bəyanatı, həmsədrlərin növbəti səfəri, Bakının xəbərdarlığı...


Vasitəçilər İrəvanın danışıqları pozmağa yönəlik fəaliyyətinə, nəhayət, ciddi reaksiya verəcəkmi - "turist diplomatlar"dan hazırkı gözlənti budur; Qafar Çaxmaqlı: “Münaqişənin ədalətli həllinə bu günə qədər Lavrovun heç bir qatqısı olmayıb, bunu anlamalıyıq”

ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən bölgəyə səfər ediblər. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın bildirdiyinə görə, həmsədrlər ilk olaraq xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. Bu barədə “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir. Diplomatların baş nazir Nikol Paşinyanla görüşü də nəzərdə tutulurdu.

Yayılan məlumata görə, vasitəçilər İrəvandan sonra Bakıya da gələcəklər. Qeyd edək ki, həmsədrlər sonuncu dəfə ötən ilin payızında regiona səfər etmişdilər. Onların təşəbbüsü ilə bu ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə bir araya gələrək 4 saatlıq görüş keçirmişdilər. Bu görüşün nəticəsi olaraq xalqların sülhə hazırlanması barədə razılaşma əldə olunsa da, İrəvanın aqressiv mövqe sərgilməsi səbəbindən XİN rəhbərlərinin növbəti - Münhen görüşü baş tutmadı.

Nikol Paşinyanın Dağlıq Qarabağ separatçılarını danışıqlar masası ətrafında oturtmaq cəhdi əslində ATƏT-in Minsk Qrupunun on illərdir mövcud olan formatının dəyişdirilməsinə yönəlib ki, bu da qəbulolunmazdır. Lakin Paşinyanın ziddiyyətli bəyanatlarını sükutla qarşılayan həmsədrlər növbəti dəfə yollarını ilk olaraq İrəvandan salıblar və yenidən “ölü” nöqtədə olan prosesə “can” verməyə çalışırlar.  Əslində “turist” diplomatların əvvəlcə Ermənistana getməsi bir tərəfdən məntiqlidir, çünki rəsmi Bakı prinsipial mövqeyinə sadiqdir və Ermənistanın “gah nala, gah mıxa vuran” siyasətindən fərqli mövqe sərgiləyir. Bu mənada, görünür, vasitəçilər əvvəlcə İrəvanın son mövqeyini konkretləşdirib Bakıya hansısa təkliflərlə gəlmək istəyiblər. Ancaq Ermənistandakı ab-hava, Paşinyan əleyhdarlarının aktivləşməsi, hətta “Qarabağ klanı”nın liderlərindən biri Robert Köçəryanın həbsdən növbəti dəfə Dağlıq Qarabağdakı “miatsum” hərəkatının ildönümü ilə bağlı yaydığı müraciət Ermənistan hökumətinin durumunun acınacaqlı olduğunu ortaya qoyur. Əksəriyyət hesab edir ki, Paşinyan istəsə belə, Qarabağ məsələsində geri çəkilə bilməz, əks halda, kürsüsünü itirə bilər. Ancaq təbii ki, Azərbaycan dövlətinin qarşısında torpaqlarını istənilən yolla azad etmək vəzifəsi dayanıb, Paşinyanın taleyini düşünmək yox. Gərək həm vasitəçilər, həm də Paşinyan bu həqiqəti birdəfəlik dərk etsin, əks halda, hərbi əməliyyatlar qaçılmaz olacaq.  

***

HÉmsÉdrlÉr irÉvana ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bu arada Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirir.

Azərbaycan rəhbərliyi də bütün çıxışlarında ordumuzun daha da gücləndirilməsi zərurətini vurğulayır. Prezident İlham Əliyev Real.TV-yə müsahibəsində maraqlı fikirlər söyləmişdi. Sitat: “Bu gün dünyada ”kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq".

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında prezidentin tamamilə haqlı olduğunu vurğuladı: “Dünyada gedən proseslər, dünyanın bölüşdürülməsi, Rusiya-ABŞ, ABŞ-İran münasibətləri, Yaxın Şərqdəki, bölgəmizdəki əməliyyatlar, Türkiyə-Rusiya-İran münasibətləri gözümüz önündədir. Dünyada çox ciddi siyasi proseslər baş verir. Digər tərəfdən, biz illərdir işğalçı Ermənistanla müharibə vəziyyətindəyik. Azərbaycanın dövlət başçısının əsas mövqeyi ordumuzun güclənməsi, möhkəmlənməsidir. Biz bunu hər dəfə dövlət büdcəsini müzakirə edəndə də görürük”. Deputat Azərbaycan ordusunun təchiz olunması istiqamətində atılan addımları da təqdir etdi: “Ən müasir silahlar alınır, bundan sonra da alınacaq, mən bu barədə detalları açıqlamaq istəmirəm. Azərbaycan ordusunun inkişafı ilə bağlı xeyli danışmaq olar və bu iş davam etdirilir. Hesab edirəm ki, güclü dövlət güclü ordudan və dövlət-vətəndaş birliyindən keçir”.

Deputat Vahid ÆhmÉdov ile ilgili görsel sonucu

Bu yerdə qeyd edək ki, ötən gün xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib. Nazirlikdən verilən məlumata görə, “İqlim” Elmi İstehsalat Müəssisəsini və Elektron Hesablayıcı Maşınlar (EHM) Zavodunu ziyarət edən nümayəndələr hər iki müəssisə ilə yaxından tanış olub və istehsal prosesini izləyiblər. Əvvəlcə nazirliyin Elektron Hesablayıcı Maşınlar Zavodunu ziyarət edən hərbi attaşelərə müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Nümayəndələr EHM zavodunda təşkil olunan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiyə baxıblar, nümayiş etdirilən hər bir məmulatı böyük maraqla qarşılayıblar. Azərbaycanın artıq silah ixrac edən ölkəyə çevrilməsi faktı işğalçı Ermənistana və havadarlarına mesaj sayıla bilər.

****

Qarabağ ətrafında aparılan müzakirələr və verilən bəyanatlar onu deyir ki, prosesin irəli aparılması, effektli nəticə əldə olunması üçün növbəti “aprel döyüşləri”nə ehtiyac olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə erməni həmkarı ilə görüşün ardınca Moskvada, slovakiyalı XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla bir araya gəlib və Qarabağ bəyanatı verib. Rusiyalı nazir deyib ki, Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər: “Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır”. S.Lavrovun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var. “Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir”, - Rusiya XİN başçısı əlavə edib. S.Lavrovun “yeni əlaqələr hazırlanır” iddiası diqqət çəkir. Yuxarıdakı fikirləri ilə rusiyalı diplomat bir az da status-kvonun uzadılmasına zəmin hazırlamağa çalışır.

Lavrov ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Rusiya XİN rəhbərinin fikirləri yalnız onun özünə aid deyil: “Lavrov Rusiya siyasətinin aparıcı simalarından biridir. Mən hesab etmirəm ki, Lavrov ölkə başçısı Putinin siyasətindən fərqli mövqe sərgiləyir. Bəzən Putin demək istədiklərini Lavrovun dili ilə deyir. Onu da nəzərə almalıyıq ki, Lavrovun qanında ermənilik də var və bütün fəaliyyətində ermənilərə simpatiyası hiss edilməkdədir. Qarabağ məsələsinin həlli prosesində onun təsiri yox deyildir. Konkret olaraq indiki şəraitdə Rusiya XİN rəhbərinin açıqlamaları da dediyimiz Rusiya siyasətinin hansı yöndə olduğunu isbatlayan xüsuslardır”. Q.Çaxmaqlı Moskvadan başqa addım gözləmədiyini də vurğuladı: “Rusiya münaqişənin əvvəlindən onu uzatmağa və istədiyi nəticəni almağa çalışır. Digər həmsədrləri də bu yönə çəkmək istəyir. Ermənistanın toparlanmasını və onun mövqe üstünlüyünə nail olmasını istəyir. O, ”bir az əlavə vaxta ehtiyac var" deyərkən də Rusiyanın deyil, Ermənistanın maraqlarından çıxış edir. Münaqişənin ədalətli həlli üçün bu günə qədər Lavrovun heç bir qatqısı olmayıb, bunu anlamalıyıq".

Politoloq MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə ATƏT-in yeni sədri Miroslav Layçakın regiona səfərindən bəhs edib. Ekspert ilk görüşünü Rusiyanın XİN rəhbəri Sergey Lavrovla keçirən Layçakın Qarabağ münaqişəsinin həlli ətrafında danışıqlar aparmasını səbəbsiz saymır: “ATƏT sədri bilir ki, proses Rusiyanın nəzarətindədir, hazırkı danışıqlarda Rusiya vasitəçilik edir. Diqqətçəkən budur ki, Lavrov münaqişənin həlli ilə bağlı yeni planın olduğunu qeyd etsə də, tərəflərin özlərinin razılığa gəlməsini bir daha qeyd etdi”. M.Əsədullazadə əmindir ki, Rusiyanın bir neçə on ildir ki, “tərəflər özləri razılığa gəlməlidir” mesajı absurd bir yanaşmadır: “Rusiya belə yanaşmanı qeyd edirsə, ilk növbədə vasitəçilikdən geri çəkilməlidir. Rusiya yeni təklif irəli sürəcək və bu yeni təklif Azərbaycanın əleyhinə olduğunu istisna etmirəm. Ona görə də Lavrov bunu qeyd etməklə, Azərbaycana mesaj verir ki, özünün həll variantını Ermənistan qəbul edir, Azərbaycan da qəbul etməlidir”. Politoloqun sözlərinə görə, ümumiyyətlə, ATƏT sədrinin münaqişənin həllində demək olar ki, heç bir təsiredici funksiyası yoxdur. ATƏT-ın Minsk Qrupunun həmsədrlərinin Ermənistanda səfərdə olmasını şərh edən ekspert deyir ki, vasitəçilər danışıqların yeni formatda başlanmasına və Ermənistan-Azərbaycan liderlərinin görüşünün keçirilməsinə çalışır: “Belə görüş olacaqsa, Rusiya ərazisində baş tutacaq. Qeyd edim ki, lokal müharibə də istisna edilmir. Çünki Paşinyan daxili qüvvələrin təzyiqi ilə üzləşib. Danışıqlarda real nəticə olması üçün mini müharibə qaçılmaz olacaq. Paşinyan üçün də bu variant təzyiqlərdən qurtarmaq üçün ən optimal siyasi gedişdir. Çünki münaqişənin həllində irəliləyişi regionun ümumi siyasi mənzərəsi tələb edir. Qərb də aprel döyüşləri kimi yeni lokal müharibənin lehinədir”.

Belə bir durumda həmsədrlərin bölgəyə səfər zamanı hansısa ciddi təşəbbüslə çıxış etməməsi ABŞ-ın milli kəşfiyyatının savaş xəbərdarlığının reallaşmasına gətirib çıxara bilər. İrəvan cidd-cəhdlə danışıqlardan boyun qaçırırsa, artıq vasitəçilər tərəflər arasındakı bərabərlik işarəsini götürməyə borcludurlar. Əks halda, baş verənlərin məsuliyyəti həm də onların üzərində olacaq...

Siyasət şöbəsi

Tarix: 21-02-2019, 10:19
Xəbəri paylaş





Xəbər lenti