Rus ekspert Tiflisin Bakıya qarşı çirkin oyuna başldığından yazır:“GÜRCÜSTAN TAMAMİLƏ RUSİYANIN QAZ “İYNƏSİ”NƏ OTURA BİLƏR” - Təhlil



Andrey Nikolayev

rosbalt.ru, 22.02.2019

 

Gürcüstanın RF-dən “mavi yanacaq” almaq qərarı respublikanın özündə qalmaqal törədib və Tiflis və Bakı arasında Ermənistanın umduğu gərginliyə keçmək qarşısındadır.

Ola bilsin, Tiflis bu qayda ilə Azərbaycan qazını qiymətini salmaq istəyir.

Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana tranziti haqda danışqıları təzələyəndə bu, yetərincə sakit qarşılanıb, amma ənənə üzrə ölkənin müəyyən siyasi çevrələrində qıcıq doğurub. Buna görə də nəyin Gürcüstana daha əlverişli olduğu haqda mübahisələr – tranizt ödənişi üçün ümumi yanacağın 10%-ini “natura” kimi, ya da pulla almaq – hər il aparılır. Gürcüstan 2018-də qabaqlar müəyyən edilmiş qaydanı pozmağa və monetar münasibətlərə keçərək “Qazprom”a güzəştə getməli olub. Hökumət ölkənin belə sövdələşmədən hansı “qaymağı” əldə etdiyini gizlədir – danışırlar ki, 30 milyon dollar uduzub. Yəni tranzitə görə alınan ödənc ölkəyə çatası yanacaq kimi qabaqlar aldığı qazın dəyərindən xeyli aşağıdır.

Burada isə iqtisadiyyat naziri Georgi Kobuliya birdən bəyan edib ki, Gürcüstan tədarüklərin şaxələndirilməsi və qaz tariflərinin azaldılması üçün üsul kimi bazarda rəqabət yaradılması məqsədilə kiçik həcmdə Rusiya qazınını idxalı haqda RF ilə danışıqlar aparır.

O deyib ki, inhisar “yolverilməzdir” və “Azərbaycan Gürcüstana təbii qazın yeganə tədarükçüsü olmamalıdır”.Əslində, bu danışıqlar artıq üçüncü ildir aparılır və qabaqlar Gürücstan bazarının tələbatını ödəmək üçün Azərbaycanda qaz qıtlığı “sous”u kimi  təqdim olunurdu. Amma Bakı bildirmişdi ki, bu, gerçəkliyə uyğun deyil və Gürcüstan tələb etdiyi qədər qaz alacaq. Məsələ sanki bitmişdi. Amma indi artıq başqa bəhanə – “tədarüklərin şaxələndirilməsi” – altında yenidən üzə çıxıb və Gürcüstanda səs-küylü qalmaqal qopub.

Müxalifət hökumətin yadına salıb ki, “Rusiya işğalıçıdır”, qazını siyasi məqsədlər üçün isitfadə edir, bu üzdən tədarüklərin şaxələndirilməsi qaynağı və ölkənin energetik təhlükəsizliyinin təminatı kimi çıxış edə bilməz. Keçmiş prezident Mixail Saakaşvili mövzunu inkişaf etdirib. O özünün Facebook səhifəsində yada salıb ki, Azərbaycan həmişə Gürcüstanın strateji tərəfdaşı olub və “heç vaxt, hətta ən böhranlı anlarda da qazdan imtina etməyib”.Rusiya isə “qaz kəmərini partladıb və soyuq qışın oğlan çağında Gürcüstanı qazsız qoyub”. Saakaşvili habelə iddia edir ki,  Azərbaycan qazı Rusiyanınkından, ən azı, 20% ucuzdur.

Qeyd edək ki, Gürcüstan 2007-dən bəri Rusiya tədarüklərini praktik olaraq Azərbaycanınkıyla tam əvəzləyib. O, ildə ortalama 2.5 milyard kubmetr qaz işlədir və tədarüklərdə kəsilmə olmayıb. Amma Gürcüstan hökuməti indi iddia edir ki, Azərbaycan “mavi yanacağın” kommersiya istehlakçıları üçün dəyərini 10,5% qaldırıb ki, bu da, təbii, ölkədə istehsal edilən bütün məhsulların, o cümlədən xidmətlərin bahalaşmasına səbəb olacaq. Hökumət izah edib – Azərbaycan tərəfi qiymətləri Gürcüstanın milli valyutası larinin dollara nisbətdə kursunun düşdüyünə görə artırıb. Düzdür, lari Amerika dolları və avroya nisbətdə güclü dəyərsizləşsə də, son üç ildə onun tərəddüdü nisbətən mötədil olub.

Az qala, bütün Avropa son zamanlar AB dövlətlərinin suverenliyinə heç cür təsir etməyən Rusiyanın qaz ekspansiyasından qorxmağı tərgidib və konyunktur uğursuzluqlardan sonra yenidən RF-nin “siyasi” yanacağının öz ərazilərindən tədarükü və tranziti uğrunda mübarizəyə başlayıb. Amma Gürcüstan Avropa deyil. Gürcüstan-Rusiya münasibətlərinin tarixi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqlliyini tanıması ilə güclü çətinliyə düşüb. Düzdür, bununla yanaşı Rusiya biznesi Gürcüstanın özündə, o cümlədən elektrik enerjisi sektorunda çiçəklənir. Amma Gürcüstanın bir çox ekspertləri onun Rusiya qazının tədarüküylə “dada gəlməsi”ni iqtisadi rıçaqların Moskvaya verilməsi kimi “oxunan” olduqca qafil qərar sayırlar  – o bundan siyasi məqsədlər üçün yararlanacaq.

Bundan başqa, Azərbaycan qazından hətta qismən imtina Gürcüstan iqitsadiyyatının ən müxtəlif sektorlarına sanballı yatırım qoyan Bakını güclü acıqlandıra bilər. Bununla yanaşı, qabaqlar heç kim Azərbaycanın “iqtisadi ekspansiyası” barədə ağzını açmayıb, amma indi buna belə, ya elə, eyham vururlar. Əlbəttə bu, xırdca Gürcüstan bazarının qaz daxil olmaqla maliyyəcə heç bir rol oynamadığı, amma qonşunun iqtisadiyyatında müəyyən seqmentdə yerini bərkidən Rusiyaya əl verir. Bu, siyasətdə birmənalı və avtomatik möhkəmlənmədən xəbər vermir, amma məlum olduğu kimi, hər iki sahə sıx çulğaşır. Və burada məsələ dərhal bundadır ki, Rusiya Gürcüstana qarşı nəyə cürət edər, nəyə etməz – o cümlədən adıyaman qaz məsələsində. O, indiyədək  əlverişli bildiyi hər şeyi özünə rəva görüb.

Lakin istisna deyil ki, qaz movzusu o qədər də qorxuducu xarakter daşımır, RF xarici işlər naziri müavini Anatoli Yanovskinin elan etdiyi Rusiya-Gürcüstan-Ermənistan-İran enerji dəhlizinin qurulmasına “əlavə çəki daşı”dır”. Onun sözlərinə görə, dörd tərəfin hamısıyla razılaşdırılmış bu layihənin texniki-iqtisadi əsaslandırmasının təqdimatı cari ilin sonunadək baş tutacaq. Yeri gəlmişkən, bu il Rusiya-Azərbaycan-İran enerji dəhlizinin də işə salınması planlaşdırılır.

Amma Azərbaycana qayıdaq. Bəzi ekspertlər Bakının, ümumiyyətlə, Gürücstana tədarükdən imtina edə biləcəyi və Gürcüstanın bu zaman tamamilə Rusiyanın qaz “iynəsi”nə oturacağından əndişə ifadə edirlər. Amma güman etmirəm ki, belə olar, çünki bu halda Azərbaycanın SOCAR Dövlət Neft Şirkətinin biznesinin müəyyən seqmenti itkilərə məruz qalar. Bundan savayı, Bakı bu gerçəkliyi gözə almaya bilməz ki, Türkiyə Ərzrumuna qədərki qaz kəməri, eynilə Ceyhana və Gürcüstanın Supsa limanına qədər neft boruları qonşu ölkənin ərazisindən keçir.

Ümumiyyətlə isə, “Qazprom”la danışıqlar heç nə ilə bitərsə, təəccüblü heç nə olmayacaq. Çünki əsla istisna deyil ki, Tiflis bunu Azərbaycan qazının tədarük qiymətlərini vurmaq üçün başlayıb. Əgər belədirsə, onda bu, çirkin oyundur. Amma belə deyilsə, bunun arxasında siyasi motivlər dura bilər, yəni, ola bilsin, Tiflis niyəsə Moskvaya yarınmaq qərarına gəlib. Amma “başlamağına dəyər”. Bu “yarınma” hara kimi gedər? Bu, Rusiya və Gürcüstan arasında Abxaziya ərazisindən Ermənistana çıxmaqla dəmiryol istiqamətinin açılmasına təkidlə lobbilik edən İrəvanın əlinə oynamırmı? Gürcü hökuməti iddia edir ki, Abxaziya üzərindən dəmiryolunun bərpası təyinə görə mümkün deyil, amma bu mövzu zaman-zaman üzə çıxır, daha doğrusu, uyğun perspektivlə Gürcüstan əhalisini hürküdür və Azərbaycanı boğaza yığır.

Ümumiyyətlə, son zamanlar Gürcüstan-Azərbaycan münasibətlərinin ətrafında qeyri-sağlam mühit formalaşır – özü də yetərincə süni şəkildə. Gah məlumat yayılır ki, Azərbaycan dövlətçiliyinin Qərbdən maliyyələşən düşmənləri Gürcüstanda “yuva qurublar”.  Gah prezident postuna namizədliyini irəli sürən Salome Zurabişvili ermənilərin sıx yaşadığı bölgədə niyəsə Saakaşvilini tənqid etməyə başlayıb ki, etnik türklərə Gürcüstan vətəndaşlığını həvəslə verib, bunu da Gürcüstanda yaşayan azərbaycanlılar ağrılı qəbul ediblər.

Bakı bu yaxınlarda isə ermənilərin  məskunlaşdığı bölgədə “Azərbaycan xalqının qatli”nə heykəl qoyulduğuna görə Gürcüstana etirazını bildirib və Tiflis buna olduqca ölüvay reaksiya verib. Açıq fitnəkar söhbətlər də eşidilir ki, “dindaş” xristian Gürcüstanının belə can atdığı, dəyərlərinə ortaq olduğu “xristian Avropası”yla ideoloji və başqa ayrılıqları olan müsəlman ölkələri – Azərbaycan və Türkiyə ilə belə sıx bir araya gəlməyi haqda.

Əlbəttə, bütün bunlar ucuz boşboğazlıqdır, amma ziyansız deyil, çünki ölkələr arasında ciddi fikir ayrılıqları da belə ədalı boşboğazlıqdan başlanır. Və hətta hələ başlanmamış didişməni qızşdıran üçüncü tərəf hökmən tapılır. Məsələn, Ermənistanın “Aysor” nəşri son dərəcə bəlağətli “Azərbaycan Gürcüstan üzərində nəzarəti itirir” başlıqlı məqaləni yerləşdirməyə tələsib – yazıya əsasən, Gürcüstan, artıq mətndə deyildiyi kimi, “Türkiyə-Azərbaycanın qardaş ağuşundan qurtulmağa çalışır”. Heykəllə bağlı əhvalat da xatırladılıb. Ermənistan nəşri bu və başqa “epizodlar”la Azərbaycanın Gürcüstan üçün qaz tarifinə yenidən baxmasını məharətlə uyğunlaşdırıb ki, bu da Bakıya “bir neçə dovşanı vurmaq” imkanı verib. Yəni, birincisi, “Gürcüstanı ucuz qazla təmin etmək yükündən qurtulub” – yeri gəlmişkən, bu qaz Rusiyadan alınır. İkincisi, bölgədə liderlik əklilini özünə götürməyə başlayan və Azərbaycanın özəl kapitalının təsirli bölümünü öz meydanına çəkən Gürcüstanın iqtisadiyyatına ağır zərbə vurur. Üçüncüsü, Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən tranzit yolların açılması üçün Rusiya ilə danışıqları sanki başa çatdırdığı bir şəraitdə Gürcüstanda itirdiyi iqtisadi təsiri müvazinətləşdirməyi sınayır”.

“Bədniyyət” Azərbaycanın dördüncü motivi – “sadəcə, ermənilərə iltifatına və Artsax (Qarabağ) qarşıdurmasının subyektləri ilə eyni məsafəli, balanslı xarici siyasət yürütdüyünə görə Tiflis hökumətindən həmişəki kimi qisas alır”.

Bir sözlə, Azərbaycan qazının Gürcüstan üçün bahalaşdığı və sonuncunun Rusiyadan bir az qaz idxal etmək niyyəti zəminində daha nə “bilgilər” toplamazsan. Burada yada salmağına dəyər ki, Cənubi Qafqaz bölgəsi çox da böyük deyil və istənilən fitnəkarlıq onu tam alovlandırmağı bacarar ki, bu da “dəliqanlı” qafqazlıların belə də düzgün nəticə çıxarmadığı ən yeni tarixlə sübut olunub. Əslində, Gürcüstanda Rusiyadan qaz idxalı xüsusunda isteriyaya düşən qüvvələrə nə rahatlıq vermir? Axı ölkə şimal qonşusuyla fəal ticarət edir, RF vətəndaşları üçün vizasız rejim tətbiq edib və Rusiya biznesinin, o cümlədən dövlətinkinin inkişafı üçün bütün şəraiti yaradıb?

Və Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən çaşdırmaqla kölgə salmağa çalışan Ermənistana nə rahatlıq vermir? Deyəsən, mövcud durumda, yəni bölgənin kiçik, amma strateji önəmli və güclü dişbatan  dövlətini birləşdirmək deyil, qarışdırmaq cəhdində hələlik ancaq Bakının davranışı hamıdan ləyaqətli görünür – əgər bunun arxasında siyasi təmkinlə gizlədilən “özəl təsəvvürlər durmursa”.

Tiflisdə şur qatdıqları, İrəvanda “qərəzkarlıq etdikləri”, Bakıda isə fikrə daldıqları bir vaxtda “parçala və höklm sür” praktikasına yad olmayan təkcə Moskva uduşda qalır. Əslində, onun buna səy göstərməyi də gərək deyil – “məğrur”, qafil qafqazlıların özləri onun yerinə bu “qara işi” görəcəklər. Rusiya qazının “yarıfincanı” isə əlavə olaraq Gürcüstana olmasa da, Azərbaycana, Türkiyəyə, Avropaya, ya da Çinə axacaq – bir də nə fərqi var, hara. Amma, bax, harada sabitlik yoxdursa, orada yad təsir kök atacaq.

Tərcümə Strateq.az-ındır.  

Tarix: 22-02-2019, 21:35
Xəbəri paylaş





Xəbər lenti