Dağlıq Qarabağ münaqişəsi: "Sülhə yox, müharibəyə" ideyası altında yetişdirilən cəmiyyətdə sülh necə yaradılacaq?

 




Dağlıq Qarabağ ətrafında vəziyyətin təhlili danışıqların yeni mərhələsində proseslərin çoxistiqamətli olduğunu göstərir.

Birinci tendensiya prosesin açıq-aydın canlanması və Ermənistandakı dəyişikliyin danışıqlar prosesində tərəqqiyə apara bilməsi ehtimalının tərəflərdə doğurduğu nikbinlikdir.

Əslində, Sankt-Peterburq, Düşənbə və Davosdakı danışıqlar dövrəsi, prezidentlərin qeyri-rəsmi görüşləri, habelə Parisdə xarici işlər nazirlərinin danışıqları etimadın artırılması üzrə tədbirlər barədə qərarla nəticələnib.

Bu, dövlət nümayəndələri arasında birbaşa təmas xəttinin qurulması və daha mühüm olan - cəmiyyətlərin sülhə hazırlanması kimi tədbirləri nəzərdə tutur.

 

Amma məzmun aydın olmadığından və əslində geniş izahat verilmədiyindən bu formul cəmiyyətlərdə bir qədər mübahisəli reaksiya doğurub.

Danışıqların təcrübəsi, onun xüsusiyyətləri və irsi, liderlərin ictimai ritorikası ilə rəsmi danışıqlar prosesi arasında fərqin olduğuna dəlalət edir.

Hər iki respublikada hakimiyyətin təbiəti ilə millətçilik arasında sıx əlaqə mövcuddur.

Buna görə də liderlər millətçi ritorikanı əvvəla siyasi hakimiyyəti öz əlində cəmləşdirmək, sonra isə düşmənçiliyi azaldıb güzəştə çağırmaq, ictimaiyyət arasında etimadın artırılmasına yönələn tədbirlər təşəbbüsünü irəli sürmək üçün istifadə edirlər.

2016-cı ildəki aprel müharibəsindən, xüsusilə də "Məxməri inqilab"dan sonra Ermənistan rəhbərliyinin Qərb institutlarına doğru atdığı aşkaranə addımların ardınca, yeni müharibə ehtimalı Ermənistanın kövrək hakimiyyətini zəiflədə, əldə edilmiş nailiyyətlərin kök salmasının qarşısını ala bilər.

Xarici qüvvələr tərəfindən istifadə oluna biləcək mümkün hərbi qarşıdurma və ya eskalasiyanın qarşısının alınması hədəfi ən azı vasitəçilər və Ermənistan, ən azından sadəcə həllini gecikdirməsə, Azərbaycan üçün də prioritet hədəfdir.

Ötən il Ermənistanda səslənən bəzi bəyanatların ardınca müəyyən gözləntilər yaranıb.

Hesab olunur ki, yeni hakimiyyət təchizatın nəqli marşrutları ilə coğrafi təcrid baxımından ölkənin həssas vəziyyətdə olduğunu dərk edir.

Bu, köhnə rəhbərliyə nisbətən yeni hakimiyyətin daha uzaqgörənliyi və praqmatikliyi əlaməti kimi qəbul olunub.

Rusiya həm Azərbaycan, həm də Ermənistanın əsas silah təchizatçısıdırKIRILL KUDRYAVTSEV/AFP/GETTY IMAGES

Rusiya həm Azərbaycan, həm də Ermənistanın əsas silah təchizatçısıdır

Hərçənd, liderlər uzun müddətdir ki, "sülhə yox, müharibə"yə hazırlaşdırılan cəmiyyətlərdə mövcud əhval-ruhiyyələri nəzərə almalıdırlar.

"Cəmiyyətləri sülhə hazırlamağın" mesajı və hədəfi, yuxarıda qeyd olunduğu kimi, indiyədək aparılan danışıqlar prosesindəki çatışmazlıqlar və onun təsirinə diqqət yetirmək cəhdidir.

Bir azərbaycanlı jurnalistin Ermənistandan bu yaxınlarda hazırldığı reportajlarda, - yeri gəlmişkən, bu, danışıqlar prosesindəki yeni vəziyyət sayəsində mümkün olub - mövcud ictimai rəyin sülhün o qədər də asan başa gəlməyəciyini göstərdiyi deyilir. Ermənistandan yeni rəhbərlik bu məsələ ilə də məşğul olmalıdır.

Bəzi əlamətlərə görə, tənzimləmə üzrə danışıqlar fonunda, yeni diplomatik yarışmaya hazırlıq aparılır və münaqişə tərəfləri kompromisə hazırlaşmaqdansa, danışıqlarda öz mövqelərini möhkəmlətməklə məşğuldurlar.

Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlar tərəfi kimi qəbul olunması ideyasını fəal şəkildə dəstəkləyir.

Azərbaycan prezidenti İlham Əliyev isə peşəkar diplomatla əvəzlənən Qarabağ azərbaycanlıları icması liderinin rolunu artırmağa çalışır.

Bu yaxınlarda, Nikol Paşinyan Qarabağın azərbaycanlı icmasının danışıqlarda tərəf olaraq iştirakına niyə etiraz etdiyini Ermənistan Milli Məclisinin üzvlərinə izah edib.

Bununla da Ermənistan lideri Dağlıq Qarabağın danışıqlara cəlb olunacağı barədə öz seçki vədlərinə ciddi yanaşdığını nümayiş etdirib.

2018-ci ilin yayında Nikol Paşinyanla görüşündən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini Minsk prosesinə tam dəstəyini bildirərək deyib ki, Türkiyə-Ermənistan danışıqları heç bir ilkin şərt olmadan başlamalıdır, yəni, Türkiyə Ermənistanla iqtisadi əlaqələrin bərpasını Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqələndirməməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlar üçün yeganə mühit olan Minsk qrupunun rolunu təkrarən qeyd edərək, hazırkı formata dəstəyini bildirib.

Bununla yanaşı, Rusiya Ermənistana 100 milyon dollar dəyərində hərbi avadanlığın satılması üçün kredit verməyə hazırlaşır.

Gözləntilərlə reallıq arasında olan uçurum müşahidəçilər tərəfindən ehtiyat hissi ilə qarşılanır.

Bunların hamısı göstərir ki, danışıqlar prosesində bəzi məqamlar dəyişsə də, digər məsələlər olduğu kimi qalmaqdadır.

Odur ki, Azərbaycan üçün təmas xəttindəki sülhü ərazi bütövlüyünün bərpasında irəliləyiş qazanmaqdan ötrü istifadə etməsi məqsədinin həyata keçirilməsi problem olaraq qalacaq.

Ölkələrdə iqtisadi əlaqələrdən bəhrələnən firavan bölgə barədə ümumi təsəvvür mövcud ola bilər. Hərçənd ki, buna nail olmaq üçün kompromis addımlar atmaq liderlərdən daha qərarlı siyasi iradə və belə yükün altına girmək üçün cəsarət tələb edir. Bu, həmçinin cəmiyyətlərin eksklüzivdən inklüziv təfəkkürə keçməsi ilə müşayiət olunmalıdır. \\BBC

Tarix: 23-02-2019, 08:04
Xəbəri paylaş





Xəbər lenti