AMERİKALI DİPLOMATIN BƏYANATI ERMƏNİSTANDA ÇAŞQINLIQ YARADIB:"Tərəflər "Lavrov planı"nı qəbul etmirlərsə, bəs ortada nə var?" - TƏHLİL



Aram Amatuni

“1in.am”, Ermənistan

 

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland “Amerikanın səsi”nə verdiyi müsahibədə artıq rəsmi diplomat olmadığını və öz şəxsi fikirini ifadə etdiyini vurğulayaraq bəyan edib ki, danışıqlar masasında olan nə Ermənistanın, nə də Azərbaycanın qəbul etmədiyi “Lavrov planı”dır.

Hoqland nə “Lavrov planı”, nə də, guya, Moskvada tərəflər üzərində nəzarəti itirməmək üçün Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı olmayan qüvvələrin mövcudluğu haqqında, böyük hesabla, yeni bir məlumat verməyib. Ancaq digər tərəfdən, amerikalı diplomat özü qeyd edir ki, nə Ermənistanın, nə də Azərbaycanın qəbul etmədiyi “Lavrov planı” var.

Əgər Rusiyanın tənzimləmə planı varsa, lakin digər tərəfdən hələ də tənzimləmədə maraqlı olmayan dairələr mövcuddursa, bu, o deməkdirmi ki, Hoqland Rusiya isteblişmentində olan iki müxtəlif yanaşmanın toqquşmasına işarə edir?

Əgər diplomat özü aydın şəkildə bəyan edirsə ki, tərəflər təklif edilən planı qəbul etmirlər və qarşılıqlı inam yoxdur, onda burada həlledici sual o olur: tənzimləmə dedikdə, nə nəzərdə tutulur?

Biz bəyanatın diplomatik sətiraltına baxdıqda, əlbəttə, aydın görürük ki, müəyyən qarışıqlıq alınır, lakin praktikada hər şey kifayət qədər aydındır. Hoqland praktiki olaraq bəyan edir ki, Madrid prinsipləri əsasında tənzimləmə, onun əsasında necə plan təqdim olunmasından asılı olmayaraq, praktiki real olmayan tənzimləmədir. Beləliklə, o, “şəxsi fikir” formatında faktiki ekspert rəyi ilə bəyan edir ki, Madrid prinsipləri vəziyyətin tənzimlənməsinə heç bir şəkildə kömək edə bilməz və prosesi bu məntiqdən çıxarmaq lazımdır.

Bax, bu kontekstdə diqqətçəkəndir ki, amerikalı diplomat Artsaxı (mətndə Dağlıq Qarabağ belə adlandırılır – tərc.)öncə bu hakimiyyətin təmsil etmədiyini qeyd edərək, yeni erməni hökumətinin atdığı addımları müsbət qiymətləndirir.

İş ondadır ki, Nikol Paşinyanın Artsaxı təmsil etməsi üçün mandata sahib olmaması, Artsax hakimiyyətinin təmsil olunması və danışıqlar aparmasının zəruriliyi  haqqında verdiyi bəyanat Madrid prinsiplərindən çıxmaq üçün atılan ilkin, birinci addımdır. Amerikalı diplomat da Madrid prinsiplərinin saxlanılmasında maraqlı olan rus dairələrinin mövcudlğuna faktiki eyham vuraraq, bu addımları alqışlayır.

Bax, burada tarixə müəyyən ekskurs etmək və Vyanaya keçmək lazımdır. Dördgünlük aprel müharibəsindən bir ay sonra ABŞ Vyanada gündəliyə atəşkəs (təmas xəttində – tərc.) rejiminin dəstəklənməsi mexanizmlərinin yerləşdirilməsi məsələsini gətirdi. Bu da, “Madrid tələsi”ndən çıxmaq və tənzimləmənin tamamilə başqa siyasi məntiqinin yaradılması üçün atılan bir addım oldu. Bu mexanizmlərin yerləşdirilməsi, faktiki olaraq, Azərbaycanın bəyan edərək imtina etdiyi status-kvonun tanınması demək idi. Ancaq ən diqqətçəkən odur ki, Vyana gündəliyi Rusiyada da rədd edildi və Moskva Bakı ilə Vyana gündəliyinin ləğvi, əgər ləğv edilməzsə, ikinci plana itələnməsi istiqamətində əməkdaşlıq etdi.

Amerika diplomatı Hoqland hazırda bəyan edir ki, Rusiyada bu məsələ ilə bağlı, necə deyərlər, yanaşmaların toqquşması mövcuddur və indiyədək faktiki olaraq Madrid prinsiplərinin, beləliklə, “tələ”nin saxlanması tərəfdarları qalib gəlib. Burada sual yaranır: bəs Vyana gündəliyinin tərəfdarları kimlərdir, kimlərlə işləmək lazımdır?

Görünür, rəsmi İrəvanın bu istiqamətdə məhz diplomatik məhdudiyyətlərdən azad olan Hoqlandla, ən azı, məsləhətləşmə işi başlatmasına dəyər.

Tərcümə Strateq.az-ındır

Tarix: 25-02-2019, 10:14
Xəbəri paylaş





Xəbər lenti