Qarabağ Komitəsindən mitinqlə bağlı yeni qərar


Komitə növbəti aksiya müraciətinə müsbət cavab olacağını gözləyir

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqi keçirməyə razılıq verməyib. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda, “Qarabağa azadlıq!” şüarı ilə keçirmək istədiyini qeyd etmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubunda bildirilir ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda “Qarabağa azadlıq!” devizli mitinq keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə və bu il fevralın 16-na təyin etdiyi mitinqlərə də razılıq verməyib.

ÐаÑÑинки по запÑоÑÑ PÉnah Hüseyn

16 mart mitinqinə verilən cavabla bağlı Qarabağ Komitəsinin İdarə Heyətində müzakirə aparılıb. İdarə Heyətinin üzvü, AXP sədri Pənah Hüseynin bu barədə verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 16 martda keçirilməsi nəzərdə tutulan Qarabağ mitinqinə mənfi cavabı Qarabağ Komitəsi İH-nin növbədənkənar iclasında müzakirə olunub.

Kiçik səs çoxluğu ilə Novruz bayramını, cəbhə xəttindəki hərbi təlimlərin getdiyini, Qarabağ ətrafında hərbi-siyasi vəziyyətlə əlaqədar ən son informasiyaları, ölkə daxilində ehtimal olan dəyişimlərin dayandırılmasına bəhanə verilməməsini, ən əsası, növbəti mitinq müraciətinə müsbət cavab olacağı barədə qeyri-rəsmi məlumatı və sair arqumentləri götür-qoy edərək razılaşdırılmamış aksiyanın məqsədəuyğun olmaması barədə qərar qəbul edilib.

İdarə Heyətində növbəti Qarabağ mitinqi üçün mart ayının sonu, aprelin əvvəli tarixinə yeni müraciətin edilməsi razılaşdırılıb. Təşkilatçıların çevrəsinin genişləndirilməsi üçün tədbir görülməsi qərarlaşdırılıb.

P.Hüseynin məlumatında o da qeyd edilir ki, qanuna müvafiq olaraq 16 mart mitinqinə razılıq verilmədiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarından məhkəməyə müraciət ediləcək.//“Yeni Müsavat”//


Tarix: 15-03-2019, 09:08
Xəbəri paylaş





Xəbər lenti