İslahatlar seçki qanunvericiliyindən başlamalıdır


Hüquqşünasdan maraqlı təkliflər

 Ölkə prezidentinin Novruz bayramı ilə əlaqədar xalqa müraciətində ölkə həyatının bütün sahələrində islahatların hazırlandığına dair verdiyi açıqlama cəmiyyətdə geniş rezonans doğurub. Müxtəlif sahələr üzrə mütəxəssislər mümkün islahatlarla bağlı təklif və rəylərini səsləndirməkdədirlər.

Belə mütəxəssislərdən biri, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov qeyd edir ki, demokratik islahatlara yol azad və ədalətli seçkilərdən keçdiyindən bu islahatlar da seçki islahatlarından başlanmalıdır: “Bu məqsədlə indiki mərhələdə seçki qanunvericiliyində aşağıdakılara təminat verilən dəyişikliklər aparılmalıdır:

- Seçki kampaniyasının müddəti 90 gün, seçkiqabağı təşviqat müddəti 60 gun müəyyən edilməlidir;- Bütün səviyyəli seçki komissiyaları əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsaslnda balanslaşdırılmış qaydada formalaşdırılmalıdır;
- Vahid seçicilər siyahısı seçicilərin real sayına əsasən formalaşdırılmalıdır;
- Seçici imzalarının və digər seçki sənədlərinin yoxlanması müstəqil ekspertlər tərəfindən aparılmalıdır;
- Seçkiqabağı təşviqat üçün hamıya bərabər imkanlar təmin edilməlidir və təşviqat imkanları genişləndirilməlidir;
- Səsəvermə şəffaf və geniş ictimai nəzarəti təmin edəcək qaydada aparılmalıdır;
_ Seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə və hamı üçün əlçatan olmalıdır;
- Seçki hüquq pozuntuları müstəqil faktaraşdırıcı qruplar tərəfindən araşdırılmalı, şikayətlərin verilməsi və araşdırılması çevik və sadə olmalıdır;
- Seçki hüquq pozuntularına görə məsuliyyət sərtləşdirilməli və məsuliyyətə cəlb etmə hamı üçün eyin qaydada tətbiq edilməlidir”.

Musavat.com

Tarix: 21-03-2019, 15:49
Xəbəri paylaş





Xəbər lenti