“Ukraynalılar şoumeni prezident seçsələr, 5-6 ay sonra…”-Politoloq


“Ukraynalılar  şoumeni prezident seçsələr, 5-6 ay sonra…”-Politoloq 

Ukraynada prezident seçkisinə 10 gün qalıb.

Gəns yumorist aktyor  Vladimir Zelenski reytinqlərdə birincidir. Ukraynada prezident seçkisində ikinci tur qaçılmazdır. Zelenskinin ikinci tura çıxacağı şübhə doğurmur. Bəs ikinci tura çıxacaq o biri namizəd kim olacaq?”

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə iki namizədin ikinci tura çıxmaq şansları böyükdür. Biri hazırki dövlət başçısı Petro Poroşenkodur, o birisi müxalifət liderlərindən Yuliya Timoşenkodur: “Bakıda Qlobal Foruma gələn Ukrayna XİN-nin yüksək rütbəli diplomatıyla  tədbirdən kənarda geniş söhbətimiz oldu. Onun proqnozu belə idi: “İkinci tura Zelenski və Poroşenko çıxsalar hazırki dövlət başçısı qələbə çalacaq”. 

Görünür, Poroşenko “xalq qos-qoca dövləti artistə etibar etməz” prinsipini əlində rəhbər tutaraq ikinci turda o biri namizədlərin elektoratını öz tərəfinə çəkə biləcəyini düşünür. “Bəs Zelenski qələbə çalsa Ukraynada nələr olacaq” sualıma isə maraqlı cavab aldım: “Ukraynada yarı-zarafat, yarı-ciddi deyirlər ki, Zelenski qələbə çalsa oktyabrdakı parlament seçkilərinə kimi prezident kürsüsünü itirməsə yaxşıdır...” Ukraynalı diplomat yanılmır. Ukrayna cəmiyyəti hansısa siyasətçiyə inanaraq onu bəh-bəhlə hakimiyyətin yuxarı kürsüsündə otuzdurur, ancaq qısa müddətdə də ondan üz çevirərək yerin dibinə vurur. Bu həm Ukraynadakı demokratiyanın səviyyəsini, həm də insanların dəyişkən ruhunu göstərir. Mən də o fikirdəyəm ki, mövcud siyasətçilərdən bezən ukraynalılar çaşıb şoumeni prezident seçsələr az sonra ondan üz döndərəcəklər və 5-6 ay sonra Zelenskinin reytinqi dibə vuracaq”. 

Tarix: 21-03-2019, 16:17
Xəbəri paylaş





Xəbər lenti