“Reallıq müzakirə olunacaq” – Zaxarovadan vacib Qarabağ açıqlaması

 ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanla görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zakharova bildirib.
O, bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə bütün məsələlərin müzakirə olunacağını bildirib:
“Bu görüşdə təkcə veriləcək suallar cavab axtarılmayacaq, həm də real vəziyyət müzakirə olunacaq. Bu görüşün nəticəsi haqla əlavə məlumat verəcəyik”.
Zaxarova nazirlərin görüşündən əvvəl – martın 29-da Azərbaycan və Ermənistan rəhbərlərinin görüşəcəyini və bu görüşdə Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacağını xatırladıb.
Tarix: 29-03-2019, 09:11
Xəbəri paylaş





Xəbər lenti