TÜRKİYƏDƏ SEÇKİ:"Cumhur" sürətlə səs itirir, "Millət"in səsi qalxır - YENİLƏNİR



Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb.

Strateq.az xəbər verir ki, indiyə qədər səslərin 37,02 faizi sayılıb.

Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 52,34 faiz səslə öndədir.

Millət İttifaqı (CHP-İYİ) isə 37,51 faiz səslə Cümhur İttifaqını təqib edir.

Diqqətçəkən məqam budur ki, səslərin sayı açıldıqca, “Cumhur” səs itirir, “Millət”in səsi isə artır.

Ərdoğanla Baxçalının ittifaqı olan “Cumhur” hələlik İstanbulda üstündürlər. Lakin “Millət” İzmir”də mütləq üstünlüklə – təxminən 58 faiz səslə öndədir. Ankarada isə CHP (48.54) və AKP (48.57) namizədləri arasında demək olar bərabər səslə mübarizə davam edir.

HDP isə Diyarbəkir və Vanda mütləq qələbə qazanırlar.

Partiyalar üzrə ümumi nəticə belədir:

1. AKP – 47,37 %

2. CHP – 31,58%

3. İYİ Partiyası – 5,93%

4. MHP – 4.96%

5. HDP – 3.18%

6. Səadət Partiyası – 2,07%

Tarix: 31-03-2019, 20:57
Xəbəri paylaş





Xəbər lenti