Barselonada azərbaycanlıların etiraz mitinqində erməni təxribatı: İspan polisi həmyerlilərimizi dəstəklədi - FOTOLAR


Xaricdə yaşayan soydaşlarımızın İspaniyada ermənilərə qarşı mitinqi davam edir. Bu saatlarda Barselonada ermənilərə qarşı mitinq keçirilir və 50-ə yaxın soydaşımız dinc şəkildə etirazını bildirir.

Bununla bağlı musavat.com-a məlumat verən Müsavat Partiyasının üzvü, Milli Azadlıq Hərəkatının fəallarından biri, siyasi mühacir Saleh Aqşin bildirdi ki, ermənilərə etiraz mitinqini dayandırmağa cəhd göstərir: “Bu gün İspaniyanın Barselona şəhərində 31 mart Azərbaycanlıların soyqırımı günü mənfur düşmənimiz ermənilər konsert tədbiri keçirirlər. Ermənistandan bir neçə müğənni dəvət ediblər. Fransada və İspaniyanın digər şəhərlərində yaşayan azərbaycanlılar toplaşıb etiraz mitinqi keçiririk.Hazırda 50-ə yaxın etirazçı soydaşımız buradadır. Əlimizdə Azərbaycan bayrağı və ermənilərə etiraz şüarları yazılan plakatlar var. İlk başda ermənilər bizə müdaxilə etmək istədilər ki, qarşıdurma yaransın. Ancaq onların cəhdi baş tutmadı , biz onların provakasiyasına getmədik. Onlara güc tətbiq etmədik. Onlar bunu gördükdə polis çağırdılar”.

S.Aqşinin sözlərinə görə, polis dinc nümayişə mane olmayıb: “Bir neçə polis maşını gəldi, ermənilər polislərə şikayət etdilər ki, azərbaycanlılar konsertimizə etiraz edirlər. Polislər isə gördülər ki, biz plakatlar və bayraqlarla dinc aksiya keçiririk. İspan dilini bilən dostlarımız polisləri başa saldılar ki, bu gün bizim soyqırım günümüzdür, onlar da qəsdən konsert edirlər. Biz də dinc etirazımızı bildiririk, heç bir qarşıdurma olmayacaq. 50 dəqiqədir ki, etiraz edirik. Polislər ermənilərin arzularını ürəklərində qoydular. Bildirdilər ki, siz etiraz mitinqi keçirən azərbaycanlılara heç bir müdaxilə edə bilməzsiniz.Polis də buradadır və bizim dinc etirazımzı dəstəkləyir. Tədbirimiz də sonuna qədər davam edəcək”.

Nərgiz LİFTİYEVA
Musavat.com




Tarix: 31-03-2019, 21:03
Xəbəri paylaş





Xəbər lenti