Kazimirov yenə sərsəmlədi: Erməni pulu sabiq həmsədrin "dilini açıb"


Kazimirov yenə sərsəmlədi: Erməni pulu sabiq həmsədrin "dilini açıb"

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri Vladimir Kazimirov yenə də ermənilərin xeyrinə bəyanat verərərk Azərbaycana qarşı hədyan yağdırıb.
Rusiyalı diplomatın İkinci Qarabağ Müharibəsinin nəticələrini qəbul etmək istəməməsi onun hələ də ağıllanmadığını, 1990-cı illərin ampluasında qaldığını göstərir.
Cebhe.info-nun məlumatına görə, V.Kazimirov bildirib ki, erməni tərəfi müharibədəki məğlubiyyətlə barışa bilməz. Azərbaycan isə Qarabağ probleminin yekun və kompromiss həlli üçün bəzi güzəştlərə getməlidir. Kazimirov Ermənistan mediasına açıqlamasında belə deyib.
Qeyd edək ki, erməni diasporundan maliyyə dəstəyi alan Kazimirov hələ həmsədr olduğu illərdə Azərbaycanı açıqca təhdid edir, Ermənistanı müdafiə edirdi.
“Nə buna, nə də digərinə inanıram. Ermənilər hələ barışa bilmirlər. Azərbaycanlılar isə bu müharibədə qalib gəldiyiindən, indi hər hansı güzəştə gedə bilmir. Müvəqqəti qələbə qazanıblar”,-deyə Kazimirov ermənilərə məddahlıq edib.
Kazimirov onu da qeyd edib ki, indi erməni tərəfi qisas almağa hazır deyil: “Bir növ təcili və ya sürətli intiqamdan danışmaq ... Mən ona inanmıram. Ermənistanın öz qüvvələri və xüsusilə Qarabağ, Azərbaycan, hətta xüsusilə Türkiyəyə müqavimət göstərəcək qədər böyük deyil”.
Tarix: 16-03-2021, 15:17
Xəbəri paylaş





Xəbər lenti