Avropa İttifaqı Türkiyəyə tətbiq etdiyi sanksiyaları aradan qaldırır


Rəcəb Tayyib ƏrdoğanRəcəb Tayyib Ərdoğan

Avropa İttifaqı (Aİ) Türkiyəyə tətbiq etdiyi bir sıra sanksiyaları aradan qaldırıb.

“Report” xəbər verir ki, bu barədə Aİ diplomatı “Reuters”ə bildirib.
Məlumata görə, Türkiyə Petrolları Anonim Şirkəti (TPAO) rəhbərlərinin adlarının “qara siyahıya” alınması planı təxirə salınıb.
Aİ diplomatları bildirib ki, Türkiyə rəsmi şəxslərin “qara siyahıya” alınması ilə bağlı işlər dayanıb və artıq iqtisadi sanksiyaların tətbiqindən danışılmır. Onların sözünə görə, sanksiyalar uğurlu olmayıb və problemlərin diplomatik yola həllinə üstünlük verilir.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Avropa İttifaqı Türkiyənin Aralıq dənizinin şərqində qazma-kəşfiyyat işlərinə görə daşınmaz əmlakların dondurulması və səfərlərin qadağan edilməsi təklif olunurdu
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 19-da Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti Ursla von der Leyen və Aİ Şurasının prezidenti Çarlz Mişellə videokonfrans formatında görüş keçirəcək.
Tarix: 18-03-2021, 22:45
Xəbəri paylaş





Xəbər lenti