Təhsilin keyfiyyəti idarəçiliyin keyfiyyətindən asılıdır




İqtisadçı Rövşən Ağayev
Təhsili naziri təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı 10.8 min nəfərin iştirak etdiyi sorğunun nəticələrini açıqlayıb.
Nəticəyə görə, respondentlərin 33,3%-i müəllimlərin peşəkarlıq səviyyəsini, 17,3%-i məktəbin maddi-texniki təchizatı, 15,2%-i valideyn amilini, cəmi 10%-i məktəb rəhbərlərinin fəaliyyətini, 8,2%-i isə məktəbdə psixloji mühiti əsas amillər kimi qeyd ediblər.
Bu sorğunun nəticələrini 2 səbəbdən mövcud durumu obyektiv və etibarlı şəkildə xarakterizə edən nəticə hesab etmək çətindir:
1) Bizdə təhsilin problemlərini peşəkar və davamlı şəkildə müzakirə edən mühit yoxdur. Hətta sorğu obyektiv keçirilsə də, ictimai rəy təhsilin keyfiyyətinə təsir edən əsas və real amilləri göstərməyə bilər. Çünki cəmiyyət bu sahədə hərtərəfli və dərin analizləri eşitmək, oxumaq imkanından məhrumdur;
2) Sorğuda təsir edən amillər sırasına təhsilin idarəçiliyi (menecmenti) daxil edilməmişdi. Hazır seçim variantlarının təklif olunduğu sorğular isə bir qayada olaraq yönəldici olurlar. Yəni, əksər respondent təklif olunmuş variantlar arasından seçim edirlər. Bu halda sorğu keçirən ya bütün mümkün amillərin daxil edildiyinə əmin olmalıdır, ya da təsir edən amillərin müəyyən edilməsini sorğu iştirakçılarının öhdəsinə buraxmalıdır.
Məsələn, uzun dövr ərzində təhsil sisteminin problemləri, eləcə də müxtəlif ölkələrin təcrübəsilə maraqlanan araşdırmaçı olaraq mən də iddia edərəm ki, Azərbaycanda təhsilin keyfiyyətinə təsir edən fundamental amil təhsil sisteminin menecmentinə bağlıdır.
Burda təklif olunan amilləri mən daha çox törəmə amillər hesab edərdim. Məsələn, müəllimlərin peşəkarlığı törəmə faktordur, əsas etibarı ilə nəticədir. Bu məsələdə fundamental amil müəllimlərin peşə hazırlığında, onların əməyinin stimullaşdırılmasında, sosial statusunda olan problemlərdir. Fundamental səbəbələrin üzərindən sukutla keçən sorğu problemlərin kökünü də göstərə bilməz.
Yaxud məktəb rəhbərliyinin fəaliyyəti çox yayğın amildir. Əsas problem məktəblərin fəaliyyətində ictimai iştrakçılığa, onların hesabatlığına və şəffaf fəaliyyətinə zəmanət verən məktəb idarəetmə modelinin yoxluğudur.
Valideyn amilindən danışılır, məsuliyyətə vurğu edilir. Amma cəmiyyətdəki sosial qeyri-bərabərliyin və yoxsulluğun, zəngin və orta təbəqənin övladlarının oxuması üçün eiltar məktəblərin yaratdığı qeyri-bərabərliyin, kənddəki sosial-iqtisadi mühitin şəhər və kənd məktəbələrinin nəticələrində yaratdığı qeyri-bərabərliyin real təsirlərini bu sorğuda görmək olmur..
Tarix: 18-03-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti