Qarabağdakı Rusiya “sülhməramlılarının” statusu necə dəyişdirilir ?



AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Niyə susurlar? Niyə Dağlıq Qarabağda rus dilinin dövlət dili elan edilməsinə görə Azərbaycan iqtidarı mövqeyini bildirmir?
Aydındır ki, susmağın səbəbi bu işin arxasında Putinin hökmünün dayanmasıdır.
Separatçı rejimin bu qərarına etiraz etmək təkcə Araik Arutunyana yox, birbaşa Putinə etiraz deməkdir. Çünki Araik indiki halda Rusiyanın Qarabağdakı mülki canişini rolunu yerinə yetirir.
Bu qərardan sonra Dağlıq Qarabağa köçürülərək gətirilən 100 minə yaxın erməniyə Rusiya pasportlarının paylanılacağı gözlənilir. Artıq bu pasportların hazır olduğu da deyilir. Rusiya işğal etdiyi bütün yerlərdə bu siyasəti həyata keçirib.
Dağlıq Qarabağda Rusiya pasportlarının paylanılması ərazinin faktiki olarak “yumşaq” ilhaqı deməkdir. Bu halda Dağlıq Qarabağdakı rus hərbçilərinin sülhməramlı statusu zahiri formallığını da itirəcək. Ondan sonra Rusiyanın hərbi canişini Rüstəm Muradovun komandanlıq etdiyi hərbi qüvvələr, erməni mənşəli Rusiya vətəndaşlarını qoruyan ordu rolunda çıxış edəcək. Bu isə rus ordusunun ərazidə uzun və qeyr müəyyən müddətə qalması üçün əsas (bəhanə) yaradacaq.
Aydındır ki, sülhməramlı qüvvələr neytral dövlətə məxsus olmalıdır. Rusiya isə bu məsələdə nəinki Ermənistanın müttəfiqi olaraq bitərəf deyil, hətta ermənilərə rus pasportu verildikdən sonra özü açıq rəsmi tərəfə çevriləcək.
İqtidar isə bütün bu prosesləri nəinki, susqunluqla müşaiyyət edir, hətta Moskvadan gələn istənilən direktivə müticəsinə əməl edir. Putin qarşısında qorxu və təslimçilik elə bir səviyyədıdir ki, Rusiya prezidentinin özünün də imza atdığı 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməyi tələb etmək, artıq mümkünsüz görünür.
Göz görə – görə müharibədəki hərbi qələbəmiz iqtidarın qorxaq və təslimçi siyasət üzündən, Azərbaycan dövlətinin Rusiya qarşısındakı kapituluyasiyasına çevrilməkdədir.
Tarix: 26-03-2021, 22:07
Xəbəri paylaş





Xəbər lenti