“İSGƏNDƏR” məsələsi Azərbaycanın maraqlarını təmin edə bilər. Bəs qərb bu məsələsini niyə gündəmdə saxlayır?




““İsgəndər” raketin Azərbaycan şəhərlərinə atılması məsələsi artıq dünya mətbuatının vacib xəbərlərinə çevrilib və həvəslə tirajlanmaqda davam edir. 
Təbii ki, bu məsələnin geniş yayılması və dünya siyasi elitası tərəfindən müzakirəsi Azərbaycanın xeyrinə olan vəziyyət yaradır. Qeyd etmək lazımdır ki, dəhşətli dağıdıcı gücə malik “İsgəndər” raketlərin Azərbaycan şəhərlərinə atılmasının dünya siyasi elitası tərəfindən müzakirəsi, araşdırılması Azərbaycana qarşı sevgidən yox, Rusiyaya qarşı (nifrət) istifadə edilməsi məqsədi ilə yayımlanır və hər bir halda Azərbaycan üçün siyasi imkanlar və yeni hədəflər yaradır. Sözsüz ki, dünyanın əsasən də qərb dünyasının hədəfi Putin yox bütöv Rusiyadır. Anlamaq çətin deyil ki, Rusiya üçün Putin erası son dövrünü yaşayır ancaq, Rusiya işğalçı mahiyyəti ilə bütün dünyaya təhlükə mənbəyi olaraq qalır. Rusiyanın gücün qaynağı isə onun böyük ərazisidir. Rusiyanın bir təhlükə mənbəyi kimi zərərsizləşdirilməsi onun parçalanmasından keçir və təbii ki, qərb dünyasının elə əsas hədəfi də budur. “İsgəndər” raketləri ilə Azərbaycan şəhərlərinin vurulmasının dünya ictimaiyyəti və siyasi elitası tərəfindən gündəmdə saxlanılması Rusiyaya qarşı həmin məqsədə xidmət etməsidir.”
Neqativ.com xəbər verir ki,bunu MCP-nın SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşov “İsgəndər” raketlərin Rusiya ordusu tərəfindən Azərbaycan şəhərlərinə atılması barədə yeni faktların aşkar edilməsinə münasibət bildirərkən deyib. Hüquqşünas fikrini belə davam etdirib:
“Ermənistan baş naziri N. Paşinyanın “İsgəndər” açıqlaması onun başına dövlət çevrilişi cəhdinə səbəb olduğu kimi də, Putin hakimiyyəti üçün olduqca böyük sınağa çevrilib və həllə də Moskvanın Azərbaycana qarşı “İsgəndər” qalmaqalından çıxış yolu görünmür. Mövcud müasir geosiyasi şəraitdə “İsgəndər” məsələsi göydən düşən olmasa da, reallıqda göydən düşən imkanlar yaradıb. Qərb dünyası və təbliğatçıları “İsgəndər” raketlərinin Azərbaycana atılması ilə yaranmış vəziyyət və imkanlardan istifadə edəcəyi heç şübhəsizdir. Bəlkə də “isgəndər”lə bağlı məsələ Rusiya üçün yeni dövrə keçidin başlanğıcıdır.
O ki, qaldı “İsgəndər” raketlərinin Ermənistan və ya Rusiya ordusu tərəfindən Azərbaycana atılması məsələsinə, Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə atılmış “İsgəndər” raketlərinin texniki göstəriciləri, əldə edilmiş maddi sübutlar əminliklə deməyə əsas verir ki, “İsgəndər”ləri Azərbaycanın şəhərlərinə Bakıya, Mingəçevirə, Xızıya məhz Ermənistanda yerləşən Rusiya ordusu atmışdır. Bu faktı kimin qəbul edib-etməməsindən asılı olmayaraq fakt faktlığında qalır. Azərbaycanın əldə etdiyi təkzib edilməz maddi sübutlar, “İsgəndərin” texniki göstəriciləri, Rusiyanın regionda maraqları, 44 günlük müharibənin gedişatı-ağrılı nəticələri və nəhayət Rusiyanın hərbi nüfuzunun məhv edilməsi fonunda Rus ordusunun Azərbaycan şəhərlərinə “İsgəndər” raketlərini atması və müharibənin gedişinin dəyişdirməyə cəhd etməsi inkaredilməzdir və bu qənaət tam məntiqə uyğun nəticədir.
Düşmənin “S-300”, “İsgəndər”, “BuK”, “Smerç” və sair bu kimi dünyanı qorxuda saxlayan ən dəhşətli silahlardan istifadə etməsinə rəğmən Azərbaycan ordusu möhtəşəm qələbəsini qazanaraq Rusiyanın dünya hegemonu imicini məhv etdi. Əsl həqiqət budur ki, Azərbaycan
Ermənistan üzərində fiziki, Rusiya üzərində isə psixoloji qələbəsini qazanıb. Unutmayaq ki, Rusiya baş verənləri Azərbaycana bağışlayıb unudan deyil.
“İsgəndər” raketlərinin Rusiya ordusu tərəfindən Azərbaycan şəhərlərinə atılması məsələsinin daha geniş müzakirəsi, böyüməsi Azərbaycan dövlətinin, xalqının strateji maraqlarına tam uyğun prosesdir hansı ki, bu məsələdə qərblə maraqlarımız üst-üstə düşdüyündən hədəflərimizi asanlaşdıra bilər.
Neqativ.com
Tarix: 6-04-2021, 16:07
Xəbəri paylaş





Xəbər lenti