Rusiya Azərbaycana qarşı imperialist fikirlərindən əl çəkməyib



“Ümumiyyətlə heç nə dəyişməyib. Azərbaycan vəziyyəti dəyişsə də Rusiyanın Azərbaycana qarşı siyasəti, ermənilərin də həyasızlığı və terror mahiyyətli düşüncəsi dəyişməz olaraq qalıb. Bütün analizlər , təhlillər ancaq bir nöqtənin necə deyərlər “ətrafında və yaxınlığında” xırdalanır. Həmin o nöqtə odur ki, Rusiya Azərbaycana qarşı imperialist fikirlərindən əl çəkməyib, çəkən də deyil və həqiqət də odur ki, Rusiya nə olursa olsun Qarabağ konfliktinin tarixə keçməsinə mane olur.”

Siam.az xəbər verir ki,bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov deyib. Vüqar Dadaşov fikrini belə davam etdirib:
“Ancaq, Rusiyanın qazdığı “İsgəndər-M” quyusuna özü düşdüyündən Azərbaycana olduqca əlverişli manevr imkanları yaradıb. “İsgəndər-M” kartı Azərbaycanı daha böyük hədəflərə çatdıra bilər. Görünəndə odur ki, “pişik küncə sıxışdırılıb” və Rusiyanın yeganə çıxış yolu ondadır ki, etiraf etsin və Azərbaycan xalqından üzr istəsin. Ancaq məsələnin bu cür həlli yəni, dividentsiz mümkünsüzdür. Prezident İlham Əliyevin həm “Hərbi Qənimətlər Parkı”nda həm, də ADA universitetindəki çıxışları həmin dividentin anonsudur.
Qarabağ məsələsinin canlanmasında Rusiya ilə Qərbin maraqları çoxluqla üst-üstə düşür. ATƏT-in bu məsələyə girişməsi Azərbaycan üçün heç bir müsbət nəticə verə bilməz hətta, fəaliyyəti humanitar xarakterli olsa da belə. Deyərdim ki, ATƏT-nin 44 günlük müharibə dövründən sonra formal xarakterli görünüşü belə Azərbaycan maraqlarına zərbədir. Bu təşkilat və onun nəzdində olan qurumlar(məsələn Minsk qrupu) siyasi dairələrin maraqlarına qulluqdan da əlavə, öz çərəkliyini göstərmək üçün konfliktin (və ya hər hansı bir digər konfliktin) mövcudluğu mütləqdir.
Digər tərəfdən Türkiyənin dünyada artan nüfuzu və söz sahibinə çevrilməsi Qərb dünyasını da olduqca narahat edir. Çoxların düşündürən bir sual var idi: “Türkiyə Qərbin ya Rusiyanın yanında olacaq?”. Ancaq, artıq bəllidir ki, Türkiyə heç kimin yanında deyil, əksinə Türkiyənin yanında olmaq üçün yarışa start verilib. Yeri gəlmişkən ABŞ prezidenti Baydenin Rusiya prezidenti Vladimir Putinlə danışığa, görüşə can atması əsasən Türkiyə ilə bağlıdır. Bu gün tranzit su hövzələrində olan vəziyyət və Ukrayna ilə Rusiyanın müharibə ssenarisinin mümkünlüyü Türkiyənin addımlarından asılıdır. Odur ki, Baydenlə Putinin mümkün danışığının, görüşünün əsas müzakirə mövzusu Türkiyə və Ərdoğandır. Ancaq, fakt odur ki, siyasi maraqlar naminə hələlik Rusiya Türkiyə ilə birlikdə zindana çəkic vurmaqda davam edəcək.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) 822, 853, 874 və 884 saylı Qətnamələri 30 ilə yaxın idi ki, icra edilmirdi. Ermənistan və ona “fas” verənlər Beynəlxalq hüququ və eləcədə dünyanın ən nüfuzlu siyasi təşkilatı BMT-nin nüfuzunu, imicini sıfıra endirmişdi. Azərbaycan BMT-ni bu biabırçı vəziyyətinə son verdi, onun nüfuzunu bərpa etdi. BMT-ni artıq humanitar təşkilat kimi hesab edənləri bir daha düşündürdü. Bəs BMT niyə Azərbaycana icrasız qalan qətnamələrinin icrasına görə təşəkkürünü bildirməyib, ya BMT-də həmin o qətnamələrin icrasında maraqlı deyildi? Bəlkə bu səbəbdən “təşəkkür” yoxdur.
Həqiqətdə kiminlə vuruşduğumuzu anlasaq qələbəmizin masştabının nə qədər möhtəşəm və böyük olduğunu görərik. ABŞ-ın sabiq prezidenti Barak Obama memuarında yazdığı kimi, nüvə silahı və BMT-də “veto” hüququ olan birindən təhlükəli nə ola bilərdi ki?!”
Tarix: 15-04-2021, 15:45
Xəbəri paylaş





Xəbər lenti