Putinin Yeltsindən sonra ən böyük strateji uğursuzluğu



“Rusiyanın Ukrayna qarşı güc nümayişi, Rusiyanın bir nömrəli təbliğatçısı Vladimir Solovyov demişkən Ukraynanın dərinliklərinə Suriyadakı və Qarabağdakı kimi raket zərbəsinin endirilməsi çağırışı və onun ehtimalı demək olar ki, bütün dünyanı Rusiyaya qarşı birləşməyə məcbur edib. Bu yekdil mövqe təbii ki, bütün dünyanın Rusiyanı təcavüzkar və təhlükə mərkəzi kimi qəbul edilməsi nəticəsində formalaşıb. Rusiya üçün yeganə nəfəslik olan Türkiyənin beynəlxalq hüquq normalarına uyğun Ukrayna siyasəti Rusiyanın güc siyasətinin, hərbi imkanlarının bumeranq effekt verdiyinin əlavə sübutudur.”
Siam.az xəbər verir ki, bunu hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov bildirib. Hüqüqşünas fikrini belə davam etdirib:
“NATO-nun, Avropa İttifaqının daxilində fikir və mövqe ayrılıqlarına görə onların dağılmasını gözləyən Rusiya üçün elə Rusiyanın Ukrayna davranışı bu təşkilatların birliyini gücləndirdi, həmin təşkilatlara marağı və üzvlüyü aktuallaşdırdı və ümumən Qərb siyasət mərkəzi kimi həmin təşkilatların həyat ömrünü uzatdı. Deməli Putin hakimiyyəti Boris Yeltsin hakimiyyətindən sonra strateji baxımdan ən böyük uğursuzluğunu qazandı. Bu isə açıq şəkildə görsənən Rusiyanın nəinki Ukrayna qarşıdurmasında, ən vacibi isə qərb dünyası qarşısında psixoloji məğlubiyyətinin fiksasiyasıdır. Putin hakimiyyətinin beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına hörmətsizliyi onun güc və hərbi-siyasi xəttinin tərkibi kimi, ölkəsi üçün qorxulu ssenarinin anonsunu verir. Rusiya siyasəti, ABŞ-ın sabiq prezidenti Barak Obamanın prezidentliyi dövrünə aid yazdığı kitabında göstərdiyi Putinin şəxsi keyfiyyətlərinin və düşüncə tərzinin dəyişməsinin mütləq ehtiyacını yaradır. (Hər bir halda Rusiya öz dövlət siyasətini ya da Putin hakimiyyətini dəyişməlidir.) Deməli, ya Rusiya öz xarici güc və işğalçılıq siyasətindən imtina etməli, sivil dünyanın axarına qoşulmalı, əks təqdirdə isə Rusiya dövlət idarə sisteminin, ərazi bütövlüyünün, suverenliyinin dəyişəcəyini zamanın mütləq prosesinə çevirəcək.
Maraqlı bir məqamı da qeyd edim ki, Qərb dünyasının əksər dövlətlərinə Azərbaycan ərazilərinin işğalında Rusiyanın rolu və faktiki olaraq Qarabağ konfliktində tərəf olduğu bəlli olduğu halda Azərbaycan mövqeyini dəstəkləmirdi. Bəli bu məsəldə xristian təəssübkeşliyi, ən başlıcası isə Qərb dünyasının türk etnosuna qarşı xronoloji qorxu hissi və nifrəti həll edici mövqeni formalaşdırmışdır. Ancaq, baxın Ukrayna məsələsində rəqib tərəflərə çevrilmiş Rusiya, Qərb dünyası və eləcədə ATƏT Azərbaycanın qələbəsindən sonra Qarabağ məsələsinin yenidən canlanmasında Ukrayna məsələsində maraqları üst-üstə düşür və eyni mövqedən çıxış edirlər. Deyin ki, bu məsələdə türkəfobiya xristian təəssübkeşliyi yoxdur?!
O ki, qaldı Azərbaycana, dünən Azərbaycan prezidenti İlham Əliyevin Az.tv-yə verdiyi müsahibədə “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” ifadəsi təkcə Ermənistana yox “İSGƏNDƏR-M”-i atanlara və türkəfobiya ilə zəhərlənmiş xristian təəssübkeşlərinə açıq və bir başa Qalib Azərbaycan xalqının, türk qardaşlığının diktəsidir.
Artıq, Azərbaycan özü o zamanı gətirib, kiminsə istəyi bizim həyatımızın yox, istəyimiz sizin həyatınızın gerçəkliyidir.”
Siam.az
Tarix: 21-04-2021, 22:52
Xəbəri paylaş





Xəbər lenti