Putin və Makron Qarabağın “statusu” məsələsini müzakirə ediblər? - ŞƏRH


“Rusiya və Fransa prezidentləri Emmanuel Makron və Vladimir Putin aprelin 26-da telefonla danışıblar. Hər iki lider Ukrayna ətrafındakı durumu müzakirə etdikdən sonra keçiblər Qarabağa. Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”. Görəsən Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar? Prezident İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlədərkən nəyə eyham vururlar, söhbət “status” müzakirələrindənmi gedir? Erməni separatçılarının lideri “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı? “Yeni təşəbbüslər” nədirsə, Azərbaycanın əleyhinə yönəlib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
“Rusiya və Fransanın Qarabağ məsələsində buna qədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parislə Moskvanın təşəbbüsləri bölgəyə barış gətirsin? Tam əksinə, müharibə bitib, Moskva Bakının arxasında separatçılarının lideri ilə məsləhətləşir, Parisdən İrəvana gedənlər isə “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır” açıqlamaları verirlər. Biz isə baş verənləri izləməklə məşğuluq...” – E.Şahinoğlu qeyd edib.
Tarix: 26-04-2021, 23:29
Xəbəri paylaş





Xəbər lenti