Baş redaktor: “Rusiya Müdafiə Nazirliyi bilmir ki, Azərbaycanda Şaumyan rayonu yoxdur?”


Baş redaktor: “Rusiya Müdafiə Nazirliyi bilmir ki, Azərbaycanda Şaumyan rayonu yoxdur?”

“Rusiya sülhmərmalılarının davranışı səlahiyyət həddini aşmaqdır. Sanki səbrimizi sınağa çəkmək üçün fəaliyyət göstərirlər. Dəfələrlə müşahidə edirik ki, onlar səlahiyyət həddini aşıb, üzərlərinə qoyulmayan vəzifələrlə məşğuldurlar. Elə bil ki, bu ərazilərə onları xeyriyyəçilik üçün buraxılıb. Təəssüfləndirici məqamlardan biri də budur ki, sülhməramlıların fəaliyyətinə cavabdeh qurum özü də onlar kimi informasiyalar yayır”.
Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.
Baş redaktor bildirib ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bu barədə yazılır:
“Yazılır ki, sülhməramlılar Dağlıq Qarabağa daxil olan Şaumyan rayonunun Aknaberd kəndində yerli əhali üçün tibbi-humanitar aksiya təşkil edib və yerli əhaliyə 1000 kq-lıq yardım paylanılıb.
Bunlar qəsdən belə edir. Yoxsa bilmirlərmi Azərbaycanda Şaumyan adında rayon yoxdur?! Yaxud o kənd hər hansı Aknaberd deyil, o kəndin adı Umudludur?! O ərazi əvvəlcə Ağdarə rayonunun tərkibinə daxil olub, indi də Tərtərə birləşdirilib və gec-tez Rusiya sülhmərmalılarının da, ermənilərin də biryolluq tərk edəcəyi ərazidir!
Təbii ki, bilirlər. Sadəcə, 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozur, səbrimizlə oynayırlar. Çünki bəyanatda aydın qeyd edilib ki, sülhməramlı kontinengent bölgədə hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək. Sülhməramlılar isə gah xeyriyyəçilik edir, gah cinayətkar Araik Arutunyanı Moskvaya aparır. Bütün bu hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımdır”.
R.Becanov hesab edir ki, informasiya siyasətimizə cavabdeh olan qurumlar- Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi bu məsələyə dərhal müdaxilə etməli və informasiyada lazımi məqamların dəyişdirilməsinə nail olmalıdır.

Tarix: 27-04-2021, 10:51
Xəbəri paylaş





Xəbər lenti