“ABŞ Ermənistanı qamçılamış oldu” - Ermənilər 907-ci düzəlişlə bağlı qərardan məyus olublar



Amerikada Azərbaycana qarşı 907-ci düzəlişin dondurulması gözlənildiyi kimi, Ermənistanda narazılıqla qarşılanıb.
“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia”-da dərc olunan məqalədə bu mövzuyla bağlı deyilir: “”Soyqırımı” tanıyan Amerika Azərbaycana hərbi yardım etməklə əslində Ermənistanı qamçılamış oldu”. 
Məqalədə Co Baydenin hərbi yardımla bağlı 907-ci düzəlişə münasibətdə öz sələflərinin siyasətini davam etdirməsinin Ermənistan üçün xoşagəlməz bir sürpriz olduğu qeyd edilib.
Yazıda bundan əvvəl ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə telefon danışığı apardığı xatırladılaraq, bu görüşdə Amerika diplomatiyasının rəhbərinin Azadlığa Dəstək Aktına edilən düzəlişin dayandırıldığını elan etdiyi qeyd edilib: “Məsələnin ironik tərəfi budur ki, bütün bunlar Baydenin çoxdan gözlənilən "soyqırım" ifadəsini işlətdiyi 24 aprel rezonanslı mesajından dərhal sonra baş verdi. Bu da Amerikanın klassik ikili standart siyasətinini bir daha göstərdi. Məşhur bir filmdəki kimi - arvad üçün çiçəklər, uşaqlar üçün dondurma. Bu işdə kim hansı rolu oynadı - bunu oxucuların zövqünə və seçiminə buraxaq.”
“Sputnik Armenia”-ya danışan hərbi ekspert David Arutyunov ABŞ-ın çox ehtimal ki, kəşfiyyat sistemləri, rabitə, idarəetmə və müəyyən tip pilotsuz təyyarələrlə Azərbaycana dəstək verəcəyini qeyd edib: “Həmçinin, tank əleyhinə raket sistemləri də verə bilər ki, Azərbaycanın son döyüşlərdə buna bənzər İsrail silahı olan Spike ATGM-dən istifadəsinin tanklarımıza necə ziyan vurduğunu gördük. Düzdür, ABŞ tərəfindən həmin silahların istifadəsilə bağlı müəyyən məhdudiyyətlər qoyulsa da, bu, Ermənistana yaxşı heç nə vəd etmir. Çünki ötənilki müharibə təcrübəsi göstərdi ki, Azərbaycan Sovet-Rusiya silahlarının və qabaqcıl Qərb texnologiyalarının "simbiozunu" yaratmağı bacarır.”
Tarix: 1-05-2021, 00:05
Xəbəri paylaş





Xəbər lenti